vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNEY  
20:00 | 13 yanvar 2017 | Cümə Məqaləyə 1845 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dəniz»in qapadılması latın əlifbasına görə olmayıb

Millətçi türk tələbələri universitetdən atmaqla təhdid edilirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya Universiteti Nəşrlərə Nəzarət Komitəsinin bu yaxınlarda qapatdığı «Dəniz» adlı türkcə-farsca tələbə dərgisinin direktoru Amerikanın Səsinə müsahibədə dərginin qapadılmasına yol verən ittihamları açıqlayıb. Yasir Rəncbəri həmçinin İran Azərbaycanı və ölkənin digər bölgələrinin universitetlərində türk tələbələrin fəaliyyətləri, tələbə ocaqları və yayımlanan türkcə-farsca dərgilər haqqında məlumat verib.

Yasir Rəncbərininin dediklərinə görə, «2010-cu ildən bəri yayımlanan Dəniz dərgisinin ilgiləndiyi mövzular yalnız dil ilə bağlı deyildi. Güney Azərbaycanda türklərə qarşı tətbiq edilən ayrı-seçkiliklər və türklərin gündəlik yaşamınına dair iqtisadi problemlər və Urmiya Gölünün quruması kimi ekoloji problemləri də dərginin önəm verdiyi mövzular idi.»

Nəşrlərə Nəzarət Komitəsi «Dəniz» dərgisinin «etnik məsələləri qaldırmaq və milli birliyə zərər vermək kimi xətalara» yol verdiyi və 14-cü sayında Latın əlifbasından istifadə etdiyi üçün qapadılmasına qərar verdiyini açıqlayıb.

Rəncbəri həmçinin deyir ki, universitet məsulları daha əvvəl «Atatürkün şəklinin dərginin qapağında dərc edilməsi», «Seyid Cəfər Pişəvəri haqqında yazıların yayılması» və «dərgidə yabancıların çıxar və yararlarının qorunması» ilə əlaqədar xəbərdarlıq vermişdilər.

«Yabancılardan məqsədləri Türkiyə və Azərbaycan Cümhuriyyətidir,» deyə tələbə fəalı qeyd edir.

O, dərgiyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu və dərginin əslində universitet xaricindəki qurumların göstərişi ilə qapadıldığını bildirir.

«Dəniz dərgisinə qarşı yönləndirilən suçlamaların bir çoxu istinadsızdır. Misal üçün İranda dərgilərin yayım qaydalarında Latın əlifbasına qarşı hər hansı bir qadağa yoxdur... Bu dərginin qapadılması universitet xarici və əlaqəsiz qurumların dərgilərə baxan komitəni yönləndirməsi ilə olub», deyə o dilə gətirir.

Türk fəal həmçinin prezident Həsən Ruhaninin seçkilər zamanı universitetlərdə tələbələrə qarşı təhlükəsizlik baxışın qaldırılacağına dair vədlər verib amma yerinə gətirmədiyini önə çəkir.

Yasir Rəncbəri Urmiyadan əlavə, Təbriz, Ərdəbil, Zəncan, Həmədan, Marağa və Qəzvin kimi şəhərlərin universitetlərində fəaliyyət göstərən türk tələblərin yayımladıqları dərgilər həmçinin təşkil etdikləri ocaqlar və türk dil kursları haqqında məlumat verib.

O, eləcə də Urmiya Universitetindən nümunələrə diqqət çəkərək həmin ocaqlar və dərgilərini idarə edən tələbələrin üzləşdiyi çətinliklər və məruz qaldıqları basqıları açıqlayıb.

«Millətçi türk tələbələr universitetlərin təhlükəsizlik qurumu tərəfindən təhdid edilirlər. Universitetlərdə dövlətə bağlı olan tələbə qruplarına hər növ imkan yaradılarkən Azərbaycan əhalisinin qanuni və təbii haqları uğrunda çalışan türk tələbələr universitetdən atılmaq kimi hədə-qorxular ilə qarşı qarşıya olurlar», deyə Urmiya Universitetinin tələbəsi əlavə edir.