vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
15:20 | 31 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 884 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada artilleriya müharibəsi

«Qradl»ar işə düşdü, rusiyalı zabitlər Donetskdə atəşə tutuldu, Poroşenko Almaniya səfərini sarımçıq qoyub Kiyevə qayıtdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Atəşkəsə nəzarət üzrə Birgə mərkəzdə xidmət edən rusiyalı zabitlər Donetskin Kiyev rayonunda atəşə tutulublar. Viurtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə «Donetsk Xalq Respublikası»ndan mənbələr xəbər verib. Tanınmayan respublikanın operativ komandanlığından verilən məlumata əsasən, Rusiya zabitlərinin müşahidə qrupu Ukrayna ordusu tərəfindən atəşə tutulub. Ötən sutka ərzində atəşkəs rejiminin 2 min dəfədən çox pozulduğu bildirilir.

Bu arada Kremlin mətbuat katibi Dmitri Peskov «İnterfaks»a bildirib ki, Avdeyevka yaşayış məntəqəsi ətrafında vəziyyət «DXR» separatçılarının səyləri nəticəsində atəşkəs pozulduğu ana qədərki halına qaytarılıb.


***


11:51

Ukrayna ordusunun 72-ci Qvardiya əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidməti bildirir ki, hal-hazırda Donetsk separatçılarının qüvvələri Rusiya ordusu ilə birlikdə Avdeyevka qəsəbəsini intensiv atəşə tutur. Səhər saatlarında qəsəbəyə 4 «Qrad» qurğusundan 160 raket buraxılıb, ciddi dağıntılar var.

Ukrayna tərəfi bildirir ki, Rusiya atəşin dayandırılmasına dair müraciətlərə reaksiya vermir və hazırda da artilleriya-raket zərbələri davam edir.

Ukrayna ordusunun antiterror əməliyyatları üzrə qərargahının bildirdiyinə görə separatçılar Avdeyevka rayonunda dəfələrlə həmlə ediblər, lakin Ukrayna hərbçiləri onları geri oturda biliblər. Hər iki tərəfdən itkilər var.


***


00:52

Ukraynanın şərqində vəziyyətin kritik ölçülərdə gərginləşdiyinə dair xəbərlər yayılır. Rusiyayönümlü separatçıların bildirdiyinə görə Ukrayna silahlı qüvvələri Donetsk vilayətinin Avdeyevka və Yasnovita qəsəbələrini intensiv artilleriya-tank atəşinə tutur. Qarşı tərəf cavab atəşi açır. Separatçılar Ukrayna ordusunun ağır itkilər verdiyini iddia edir. Qondarma «Donetsk xalq respublikası»nın «müdafiə naziri» Eduard Basurin bildirib ki, komandanlığın prezident Pyotr Poroşenkoya göndərdiyi məxfi hesabat onların əlinə keçib. Həmin hesabata əsasən Ukrayna silahlı qüvvələri son iki gündə 78 hərbçisini itirib, onlarla hərbçi yaralanıb.

Ukrayna tərəfi isə bildirir ki, separatçılar cəbhə xəttinin Avdeyevka istiqamətində silahlı qüvvələrin mövqelərini intensiv atəşə tutur. Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib ki, Pyotr Poroşenko Avdeyevkada yaranmış vəziyyətə görə Almaniyaya səfərini yarımçıq qoyub və təcili Kiyevə geri dönüb. Rəsmi Kiyev döyüşlərdə 10-dan artıq hərbçinin öldüyünü bildirir.

Separatçıların bildirdiyinə görə Ukrayna artilleriyasının zərbələrinə görə Donetskdəki Zasadko şaxtasında 230 şaxtaçı yerin altında qalıb, şaxtanın elektrik xətti qırılıb və bu səbəbdən şaxtaçıları yerin üstünə qaldıran lift işləmir.