Erməni həyasızlığına cavab
Ayaz Mütəllibov: «Xüsusi rabitə ilə Xankəndinə zəng vurub dedim ki...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İstanbulda virtual müharibə
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
«Bunu heç vaxt unutmayacağıq»
İlham Əliyev «Rossiya-24» telekanalına müsahibə verib
-
«O cür dəhşətli gözləri ömrüm boyu görməmişəm»
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
-
«Azərbaycan cəmiyyətində bir konsensus var...»
Səfirimiz Elçin Əmirbəyovun Fransız dilində səlis danışığı parisli radio aparıcısnı və dinləyiciləri valeh etdi
-
Parisə uzanan yol...
Fransaya səfər Ollandla sağollaşmaq mahiyyəti daşıyır
-
«Qətliamı xatırlayaraq»
«The News»: «Ermənistanın Xocalı soyqırımına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır»
-
Fransada erməni lobbisini sarsıdan konfrans
«Azərbaycan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər»
-
TBMM-dən Xocalı bəyanatı
Türkiyə parlamentinin millət vəkilləri soyqırımı yekdilliklə qınayib
-
Saakyan 2030-u hədəfləyib
Separatçıların İrəvanla növbəti təxribatçı həmrəyliyi
-
Qanlı 26 fevraldan 25 il ötür
Erməni işğalçılarının törətdiyi Xocalı soyqırımından ildönümüdür
-
«Demək istədiklərimizi yığcam şəkildə dünyaya çatdırırıq»
Əli Həsənov: «İstəyirik ki, bütün bəşəriyyət Xocalı soyqırımını törədənlərə nifrət etsin»
-
Senat soyqırımı tanıyacaqmı?
İtaliya parlamentində Xocalı müzakirələri
-
Antaliyada mühüm Xocalı çağırışı
«Xocalı Soyqırımı: Türk dünyasınını acıları, problemləri və həlli yolları»
-
«Xocalı yaddaşı» işıq üzü gördü
AVCİYA erməni vəhşiliyini sənədlərlə təqdim edir
Xocalı soyqırımının öldönümü ərəfəsində bu qətliama görə yenə də o vaxtkı hakimiyyəti, AXC-ni və digərlərini günahlandıranlar var. O cümlədən ermənilər hər il olduğu kimi bu il də Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibovun qətliama görə guya Xalq Cəbhəsini ittiham etməsinə istinad edərək bu dəhşətli qətliama görə yaxalarını kənara çəkməyə cəhdlər edirlər. Bununla bağlı Ayaz Mütəllibov «Turan» agentliyi vasitəsilə bəyanat yayıb. Bəyanatda deyilir:
***
İyirmi ildən çoxdur ki, Xocalı faciəsinin hər ildönümü ərəfəsində erməni tərəfi bu qanlı hadisələrə görə özlərinə haqq qazandırmağa, günahı Azərbaycan tərəfinin üzərinə qoymağa çalışır. Və ermənilər buna «sübut» kimi mənim adımdan istifadə etməyə cəhd göstərirlər.
Belə ki, erməni tərəfi həmişə mənim jurnalistlərlə müsahibələrimə, söhbətlərimə, əsasən də çexiyalı jurnalist Dana Mazalova ilə söhbətimə istinad edir. Guya mən demişəm ki, Xocalı sakinlərini Xalq Cəbhəsinin tərəfdarları qəsdən öldürüblər ki, ölkədə daxili siyasi böhran yaransın və bundan məni devirməkdə istifadə olunsun.
Aydın və birmənalı şəkildə bildirmək istəyirəm ki, bu, yalandır. Mən demişəm ki, Xalq Cəbhəsi Xocalı faciəsindən məni devirmək üçün istifadə etdi. Ancaq mən deməmişəm ki, xocalıları cəbhəçilər öldürüblər.Bu cür saxta fikirlər məsuliyyətdən qaçmaq və öz günahını başqasının boynuna qoymaq cəhdidir.
Xocalıların kütləvi öldürülməsi haqda mənə məlumat veriləndə mən xüsusi rabitə xəttilə Qarabağın milis rəisi Armen İsaqulova telefon edərək dedim ki, bu cür vəhşilikləri heç fasiştlər də törətməyiblər. Separatçıların o zamankı lideri Artur Mkrtçyana da eyni şeyləri dedim. Bu, əslində belə olub.
Xalq Cəbhəsinin roluna gəlincə, həmişə hesab etmişəm və indi də hesab edirəm ki, əgər həmin dövrdə Azərbaycanda daxili siyasi mübarizə bu qədər kəskin olmasaydı, əgər müxalifət daha da ölçülüb biçilmiş, praqmatik mövqe tutsaydı, ermənilər özlərini bu qədər vəhşi kimi apara bilməzdilər, Azərbaycana xarici dəstək daha vacib ola bilərdi və Qarabağdakı itkilərimiz bu qədər ağır olmazdı.
Ancaq istənilən halda bu dəhşətli cinayətə görə məsuliyyət tamamilə və bütünlüklə erməni hərbçilərin və siyasi liderlərin, bu aksiyanı hazırlayanların və həyata keçirənlərin üzərinə düşür. Əminəm ki, gün gələcək bu faciədə günahkar olanlar məhkəmə qarşısında dayanacaqlar.