vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
12:06 | 26 fevral 2017 | Bazar Məqaləyə 2673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakyan 2030-u hədəfləyib

Separatçıların İrəvanla növbəti təxribatçı həmrəyliyi

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində yeni təxribata əl atdı. Cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hissələri mövqelərimizə hücuma keçdi. Hər iki tərəfin itki verdiyi toqquşma zamanı düşmən ordusunun irəliləmək cəhdi uğursuzluqla nəticələnsə də, təmas xəttində gərginlik hələ də qalır.

Hərbi toqquşmaların məhz fevralda, Xocalı soyqırımının 25 illiyi ərəfəsində baş verməsi heç də təsadüfi deyil. Belə ki, toqquşmalardan az öncə qondarma Dağlıq Qarabağ Respublikasında «konstitusiya referendum»u baş tutub. Əslində heç bir ciddi müddəanın yer almadığı həmin dəyişikliklər separatçı rejimə rəhbərlik edən Bako Saakyanın hakimiyyət müddətini uzatmaq və səlahiyyətlərini artırmaq üçün hesablanmışdı. Belə ki, Bakı Saakyan 2017-ci ilin iyulunda «prezidentlik müddəti»nin başa çatması ilə bağlı daha separatçı rejimə rəhbərlik edə bilməzdi. Lakin ortaya atılan yeni «konstitusion dəyişiklik» Saakyana «köhnə konstitusiyadan yeni konstitusiya»ya keçid dövrü olacaq 2017-2020-ci illər ərzində hakimiyyətdə qalmağa imkan verir. Keçid dövrü başa çatdıqdan sonra isə 57 yaşlı Saakyan yenidən 2 müddət ardıcıl prezident seçilmək və 2030-cu ilə qədər hakimiyyətdə qalmaq şansı qazanacaq.

Təbii ki, bu Qarabağa ermənilərinin heç də hamısının xoşuna gəlmir və daxili narazılığı aradan qaldırmaq üçün Saakyan Sərkisyanın razılığı ilə növbəti dəfə təxribata əl ataraq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi güdürdü.

Lakin nəzərə alsaq ki, Qarabağda qurulmuş marionet rejim Yerevanın tam nəzarəti altındadır, onda təxribatın əsas mərkəzinin Yerevanda olduğuna şübhə etmək olmaz. Unutmaq lazım deyil ki, aprelin 2-də Ermənistanda parlament seçkiləridir. Erməni cəmiyyəti aprel məğlubiyyəti və iqtisadi uğursuzluqlara görə iqtidardan ciddi narazıdır. Digər tərəfdən, müxalifət partiyalarının yaratdıqları seçki blokları get-gedə daha böyük populyarlıq qazanır. Belə olan təqdirdə, Serj Sərkisyan hakimiyyəti cəbhədə təxribat törətmək, özü üçün uğurlu döyüş reklamı yaratmaq niyyəti ilə seçkilərə daha münasib şəkildə qatılmağa düşünür.

Lakin görünən odur ki, Ermənistanın fevral təxribatı da 2016-cı ilin aprel avantürası kimi böyük uğursuzluqla nəticələndi. Düşmən çoxsaylı itkilər verərək heç bir istiqamətdə irəliləyiş əldə edə bilmədi.

İtkilərini inadla gizlədən düşmənin yaxın zamanlarda qeyri-döyüş itkiləri adı ilə (intihar, yol qəzası, elektrik cərəyanı vurma və s.) öz itkilərini cəmiyyətə çatdıracağını ehtimal etmək olar.

Xatırladaq ki, 2016-cı ilin yanvarından bu günə qədər Ermənistan ordusu 174 hərbi qulluqçusunu itirib.