TBMM-dən Xocalı bəyanatı
Türkiyə parlamentinin millət vəkilləri soyqırımı yekdilliklə qınayib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İstanbulda virtual müharibə
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
-
Prezident TBMM sədri ilə görüşdü
İlham Əliyev: “Dünyada belə münasibətləri olan başqa iki dövlət yoxdur”
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
«Bunu heç vaxt unutmayacağıq»
İlham Əliyev «Rossiya-24» telekanalına müsahibə verib
-
«O cür dəhşətli gözləri ömrüm boyu görməmişəm»
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
-
TBMM-də Güney Azərbaycan söhbətləri
Türkiyə millət vəkili: ««Traktor» adlı futbol komandamız var»
-
«Azərbaycan cəmiyyətində bir konsensus var...»
Səfirimiz Elçin Əmirbəyovun Fransız dilində səlis danışığı parisli radio aparıcısnı və dinləyiciləri valeh etdi
-
Parisə uzanan yol...
Fransaya səfər Ollandla sağollaşmaq mahiyyəti daşıyır
-
«Qətliamı xatırlayaraq»
«The News»: «Ermənistanın Xocalı soyqırımına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır»
-
Fransada erməni lobbisini sarsıdan konfrans
«Azərbaycan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər»
-
Saakyan 2030-u hədəfləyib
Separatçıların İrəvanla növbəti təxribatçı həmrəyliyi
-
Qanlı 26 fevraldan 25 il ötür
Erməni işğalçılarının törətdiyi Xocalı soyqırımından ildönümüdür
-
«Demək istədiklərimizi yığcam şəkildə dünyaya çatdırırıq»
Əli Həsənov: «İstəyirik ki, bütün bəşəriyyət Xocalı soyqırımını törədənlərə nifrət etsin»
-
Senat soyqırımı tanıyacaqmı?
İtaliya parlamentində Xocalı müzakirələri
-
Erməni həyasızlığına cavab
Ayaz Mütəllibov: «Xüsusi rabitə ilə Xankəndinə zəng vurub dedim ki...»
Türkiyə Dağlıq Qarabağ probleminin həllində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu il də Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar Xocalı soyqrımı ilə bağlı Modern.az-a məktub göndərib. Millət vəkili, 25 il bundan əvvəl ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımının insanlığa zidd olduğunu bildirib:
«Ermənistan tərəfindən 26 fevral 1992-ci il Xocalıda insanlığa zidd olan qətliam törədilib.
Xocalı strateji cəhətdən son dərəcə önəmli yerdə yerləşirdi və bölgədə tək hava limanı Xocalıda idi. Bu səbəbdən də 1990-cı ilin əvvəllərindən etibarən ermənilər tərəfindən bölgədəki azərbaycanlılar hücuma məruz qalmağa başladı. 1992-ci il fevralı 25-dən 26-na kemən Xocalıya daxil olan Ermənistan Silahlı Qüvvələri rəsmi rəqəmlərə görə 613 nəfər, qeyri-rəsmi rəqəmlərə görə isə 1300 nəfər Azərbaycan türkünü qətlə yetirib.
Dağlıq Qarabağ bölgəsində yaşanan bir çox hadisə nəticəsində 1 milyondan çox Azərbaycan türkü qaçqın və ya məcburi köçkün şəklində Azərbaycanın fəqli bölgələrində yaşamaq məcburiyyətində qalıb.
İnsan haqqlarının izləmə Komitəsinin rəyinə görə, XX əsrdə yaşanan ən böyük qətliam olaraq dəyərləndirilən bu vəhşi hadisəni Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv partiyalardan Ədalət və İnkişaf Partiyası (AKP), Cumhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkət (MHP) olaraq qınayırıq.
Tək millət, iki dövlət olaraq daima qardaş Azərbaycanın yanında olan bir ölkənin təmsilçiləri olaraq Xocalıda həyatını itirən azərbaycanlı qardaşlarımızın məkanının cənnət olmasını diləyirik.
Türkiyə-Azərbaycan Parlametlərarası Dostluq Qrupu üzvləri olaraq Beynəlxalq cəmiyyət və qurumları, foto, video və etiraflar kimi bütün sübutlarla ortada olan bu insanlığa zidd hüquqsuzluğa izləyici olmamalarını, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından tez bir zamanda çəkilməsinin vacibliyi bildiririk».