vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
17:57 | 10 iyun 2017 | Şənbə Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TBMM-də Güney Azərbaycan söhbətləri

Türkiyə millət vəkili: ««Traktor» adlı futbol komandamız var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkillərindən biri Türkiyə Böyük Millət Məclisində (TBMM) Güney Azərbaycanın «Traktor» futbol komandasını türk millətçiliyinin simvolu kimi təqdim edib.

Bu barədə Türkiyə milli komandasının keçmiş futbolçusu, Kocaelinin MHP-li (Milliyyətçi Hərəkət Partiyası) millət vəkili Saffet Sancaklı TBMM-də çıxış edib. «Traktor» komandasını türk millətçiliyinin simvolu adlandıran millət vəkili bildirib ki, Güney Azərbaycanda «Traktor» adlı futbol komandamız var. Onlar türklüyə bağlı və son dərəcə millətçidirlər. «Traktor» 80 min və ya 90 min nəfərlə görüş keçirir, oyunlarda türklərə aid milli şüarlar səsləndirilir.

«Traktor»la Türkiyənin «Beşiktaş» komandası arasında yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı təklifə işarə edən S.Sancaklı, bu məsələnin yaxın gələcəkdə «Beşiktaş» klubunun məsulları ilə müzakirə olunacağını qeyd edib.

Keçmiş futbolçunun söhbətinə münasibət bildirən millət vəkillərindən biri, deputatlardan ibarət olan komanda ilə «Traktor» arasında görüş keçirilməsini istəyib, S.Sancaklı isə ideyanı bəyəndiyini bildirib.

«Beşiktaş» komandası bu il Türkiyə futbol klublarının super liqa yarışlarının çempionudur.

«Traktor» komandası, tərəfdarları türk millətinin milli və demokratik hüquqlarını stadionlarda gündəmə gətirdiyi üçün, Güney Azərbaycan Milli Hərəkatının səsinə çevrilib, komanda türk dünyasının ən çox tərəfdarı olan futbol takımı kimi də tanınır.