Lələtəpənin azadolunma anları
Aprel savaşındakı gizli məqamlar açılır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
İrəvana mühüm mesaj
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
-
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
-
Aydın səmanın keşikçiləri
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
-
“Dəfələrlə böyük təhlükə yaradır”
Erməni deputat: “Azərbaycanın Fərrux yüksəkliyini götürməsi belimizi qıracaq...”
-
Ordumuz geri çəkilməyib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
-
Dumanlı havada təxribat
Separatçıların arzuları boğazlarında qaldı
-
“Düşmən daim nəzarət altındadır”
“Ermənilərin “Polonez” zərbələrinin qarşısını almaq imkanları yoxdur”
-
SOM-lar JF-17-lərə quraşdırılacaq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
-
Ermənilər özlərinə od vurur
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
-
İrimiqyaslı təlimlər başladı
Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir
-
“Azərbaycan bu silahları parad üçün almır...”
Erməni ekspert: “Bakıda SOM-1B raketinin nümayişi üçün “xoşagəlməz xəbər” oldu”
-
Bu qərar bizdən asılıdır
Qarabağin işğalina son qoymağin yolu...
-
““Günnüt əməliyyatı” Ermənistanı nokauta salıb”
Azərbaycan Müdafiə Nazirliyi: “Düşmən müxtəlif uydurmalarla özünə bəraət qazanmağa çalışır”
-
“Öz içlərində yanırlar”
Ermənistan Bakıdakı parada niyə susqun qaldı?
Azərbaycanın Müdafiə Nazirliyi aprel qələbəsinin ildönümü ilə bağlı videsujet hazırlayıb.Kadrlarda aprel döyüşlərinin qəhrəmanlarının fikirləri yer alıb. General-mayor Mayis Bərxudarov Lələtəpənin işğaldan azad edilməsi əməliyyatının detallarını Azvision.az-a açıqlayıb:
«Azərbaycan ordusunun mövqelərinə hücuma keçmək istəyən düşmənin kəşfiyyat-diversiya qrupları neytral mövqedə məhv olunub. Bundan sonra biz Lələtəpə istiqamətində əks hücuma başladıq. Öncə həmin döyüş mövqeyində yerləşən bölmələr qrup halında düşmən tərəfə irəliləyərək onlara güclü atəş zərbəsi endirdi».
General-mayor bildirib ki, biz həmin vaxt düşmənin özünün minlardan təmizlədiyi cığırlardan istifadə etdik:
«Lələtəpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub. Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı. Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik».
General-mayor Hikmət Həsənov isə bildirib ki, ötən il martın sonunda təmas xəttində yaranmış vəziyyəti dəyərləndirən müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə xəttinə sonuncu səfəri zamanı qoşunların düşmənlə aktiv müdafiədən, daha kəskin zərbələrin vurulması mövqeyinə gətirilməsi üçün lazım olan tədbirlərin görülməsi və adekvat addımların atılması ilə bağlı göstəriş verib.
Generalın sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə düşmənin kəşfiyyat-diversiya qrupları Talış, Tapqaraqoyunlu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinə əvvəlcə minaatanlardan zərbə endirib, bunda sonra isə düşmənin kəşviyyat-diveriya qrupları hücuma keçməyə cəhd göstərib:
«Şəraiti qiymətləndirdikdən sonra həmin zolaqda yerləşən briqadanın ehtiyat qüvvələri və hərbi birləşmənin tank taborunun qüvvələri ilə hücum edən düşmənə sarsıdıcı zərbə vuraraq, öncə onların ön xəttə olan mövqeləri ələ keçirildi, eyni zamanda düşmənin müdafiə xəttinin dərinliklərinə irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəklikləri ələ keçirdik. Bununla da Tapqaraqoyunlu kəndi və o istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi tam təmin edildi.
Çox sevindirici haldır ki, bu döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralandıqlarını gizlədərək sona qədər döyüşürdülər. Buna misal olaraq, bizim tank əleyhinə batareyanın komandiri kapitan Balıyevi, gizir Eynullayevi nümunə göstərmək olar. Onlardan başqa, neçə-neçə hərbi qulluqçumuz son ana qədər döyüşərək düşmənə ağır zərbələr vurdular. Onların qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə tam möhkəmlənərək təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tam təmin olundu.
Ümumiyyətlə, döyüş əməliyyatı nəticəsində işğaldan azad olunmuş mövqelərdən Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu. Onlar irəliləyərək işğal olunmuş bütün torpaqları azad etmək üçün fədakarlıq göstərirdilər».
Aprel döyüşlərində göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan polkovnik Şükür Həmidov deyib ki, aprel döyüşlərində erməni əsgərlər ön xəttdəki mövqelərini qoyub qaçırdılar:
«Əks hücum edərək onların bölmələrini ön xəttimizdən qovduq və LələTəpə yüksəkliyindən Yaşıl təpə deyilən dağa qədər düşməni mövqelərdən çıxardaraq əlverişli hədlər üzrə mövqelərimizi möhkəmləndirdik. Güclü ordumuzun, peşəkar komandirlərimizin başçılığı altında üçrəngli bayrağımızı Şuşa qalasında, Xocalıda, Qubadlıda və digər işğal olumuş bölgələrimizdə dalğalandıracayıq. O yerləri yenidən xalqımızı qaytaracayıq».
Aprel döyüşlərində düşmənin bir neçə ağır texnikasını məhv edən kapitan Mirdamət Bağıyevin sözlərinə görə, düşmən özünü toplayaraq itirilmiş ərazilərin bərpası üçün hücumə keçmək istəyib:
«Bizim üzərimizə 9 tank gəlirdi. Yerdəyişmə ilə onları bir-bir vurdum. Onlardan 7-si məhv oldu, 2-si manevr edərək geri çəkildi. Düşmənin canlı qüvvəsini daşıyan 3 maşını, 1 BMP və nəqliyyat vasitəsini sıradan çıxardım. Ümumilikdə, düşmənin 12 texnikasını məhv etdim. Düşmən bizim gücümüzü görüb geri çəkilməli oldu. Əllərində olan silah-sursatı açıb qaçmağa məcbur oldular. Aprel ayının 2-si yaralanmağıma baxmayaraq, döyüşü tərk etmək niyyətim yox idi. Yaralanmağım barədə 5 gün heç kimə məlumat vermədim. Döyüş dayandıqdan sonra hərbi hospitala müraciət etdim. Çünki illərdir həsrətində olduğumuz torpaqları azad etmişdik və irəliləyirdik. Bütün Azərbaycan ordusunda qisas hissi var idi. Hamı ürəklə döyüşürdü və düşməni məhv edirdik».