“Öz içlərində yanırlar”
Ermənistan Bakıdakı parada niyə susqun qaldı?
Günay RƏSULQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
Çoxdan arzuladığımız silah...
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
-
Təlim dediyin belə olur ...
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
-
Şuşa fatehlərinin güc nümayişi
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
-
İrəvana mühüm mesaj
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
-
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
-
Aydın səmanın keşikçiləri
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
-
Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
-
Leşyeyənlərin qardaşlığı
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
-
“Dəfələrlə böyük təhlükə yaradır”
Erməni deputat: “Azərbaycanın Fərrux yüksəkliyini götürməsi belimizi qıracaq...”
-
Ordumuz geri çəkilməyib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
-
“Furux deyil, Fərruxdur”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
-
“Qara qutu” İrəvanda peyda olub
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
-
Dumanlı havada təxribat
Separatçıların arzuları boğazlarında qaldı
-
Düşmənin təşvişi artır
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olundu. Bununla əlaqədar Bakıdakı Azadlıq meydanında hərbi parad keçirildi.
Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan Bakıdakı hərbi parada hər hansı reaksiya vermədi. Başqa vaxt hay-küy salan düşmən tərəf bu dəfə susqunluq nümayiş etdirdi.
Hərbi psixoloq Azad İsazadə Modern.az saytına deyib ki, Ermənistan Bakıdakı hərbi parada görə şokdadır: “Öncə qeyd etmək lazımdır ki, təkcə düşmən tərəfi üçün yox, eləcə də öz xalqımız üçün dünənki hərbi parad bir az qeyri-adi oldu. Biz ən yaxşı silah və hərbi texnikanı göstərdik, amma arxa planda bəlkə də 10 qat daha yaxşı silahlar var.
Digər tərəfdən, Azərbaycan tərəfi hər bir texnikanı müəyyən zamanlarda nümayiş etdirmişdi. İstər təlim vaxtı, istər Belarusdan “Polonez”lər gətiriləndə, istər müdafiə nazirimiz hansısa hərbi hissəsinin açılışında iştirak edəndə... Hər bir texnika, silah-sursata görə ermənilər bir az reaksiya veriblər, hay-küy yaradıblar. Buna baxmayaraq, biz yenə də bütün bu texnikaları birləşdirib dünənki paradda nümayiş etdirdik”.
Hərbi ekspert qeyd edib ki, yaxın vaxtlarda ermənilərin reaksiyası müşahidə edilə bilər: “Yaxşı bir söz var: pişiyin əli ətə çatmayanda deyir iylənib. Adətən düşmən tərəfdən bu cür reaksiyaların şahidi olmuşuq. Lakin bu dəfə heç nə görmədik. Aydındır ki, ermənilər öz içlərində yanır. Yəqin ki, bir azdan mətbuatda da olmasa, hansısa reaksiyalarını görəcəyik. Beynəlxalq təşkilatlara, ABŞ Konqresinə məktublar gedəcək, şikayətlər ediləcək.
Onların susmağı bizə təsir etmir. Ümumiyyətlə, hərbi paradların məqsədi elə hərbi psixoloji təsirdir. Bu yolla əks tərəfə nəyə qadir olduğumuzu nümayiş etdiririk. Bəzən hərbi psixoloji təsirin nəticəsi elə susmaq reaksiyası olur”.