“Dəfələrlə böyük təhlükə yaradır”
Erməni deputat: “Azərbaycanın Fərrux yüksəkliyini götürməsi belimizi qıracaq...”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ermənistanın Azərbaycandan Günnüt əməliyyatı xahişi
Şair Ramaldanov: “Rəsmi İrəvan əhali arasında gərginlik yaranmasından qorxurdu”
-
Son döyüşlərin yeni təfərrüatları
Ermənilər hirslə qalxıb, ziyanla oturdular - 4 hərbçi, 2 texnika, müşahidə kameraları və …
-
8 mini əkinə yararlıdır
Ordumuz 11 min hektardan artıq ərazini işğaldan azad edib
-
“Gəlin gözlərinizlə görün”
Ermənilər ordumuzun Naxçıvandakı yeni mövqelərinin fotolarını yaydı
-
“Azərbaycan ordusu həqiqətən 1-2 yüksəkliyi götürüb”
Arkadi Qriqoryanı acıdan etiraf
-
İki strateji yüksəklik işğaldan azad olundu
Azərbaycan ordusunun Naxçıvanda tutduğu Qızılqaya postu Laçın yoluna nəzarət imkanı verir
-
Azərbaycan ordusunun martın 24-də Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsi ermənilərin “arsax dövləti” xəyallarını birdəfəlik puç edir. Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan çoxlarının hələ Fərrux kəndinin və Daşbaşı yüksəkliyinin əhəmiyyətini anlamadıqlarını deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu son irəliləmə zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. “Mən bunu yazıram ona görə ki, çoxları bilmədən, yaxud bilərəkdən ancaq Fərrux kəndini müzakirə predmetinə və prinsipial məsələyə çeviriblər. Əslində isə strateji planda Daşbaşı dağ silsiləsinin müxtəlif sahələri Fərrux kəndinin alınmasından dəfələrlə böyük təhlükə yaradır”, – Abramyan bildirir.
Onun sözlərinə görə, azərbaycanlılar Fərrux kəndini aralıq zona kimi istifadə ediblər və kəndə daxil olandan dərhal sonra Daşbaşı yüksəkliyinin müxtəlif sahələrinə qalxmaq, orada mövqelər qurmaq, möhkəmlənmək, fasiləsiz təchizat üçün kənar yollar çəkməyə başlayıblar.
“Əgər Azərbaycan qoşunlarını əvvəlki mövqelərinə qaytarmasa (hansı ki, Tiqran bunu yuxusunda görər – red.) o zaman Qarabağın hazırda bizim nəzarətimizdə qalan (Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan əraziləri nəzərdə tutulur – red.) hissəsində bizim belimizi qırmaq üçün misli görünməmiş situasiya yaradacaq”, - o yazıb.
“Ermənistan” fraksiyasından olan digər müxalif deputat Artur Xaçatryan isə bildirir ki, əgər Azərbaycan Daşbaşı yüksəkliyini nəzarətində saxlamaqda davam etsə o zaman Xankəndi şimal-şərq istiqamətindən də ciddi problemlərlə üzləşəcək. Hansı ki, Şuşanın azad olunmasından sonra Xankəndi artıq şimal-qərb istiqamətindən Azərbaycan ordusunun “ovcunun içindədir”.
Qeyd edək ki, Fərrux dağ silsiləsində yerləşən Daşbaşı yüksəkliyindən Ağdam şəhəri də daxil olmaqla rayonun bir sıra kəndlərinə, o cümlədən Əsgərana və Xocalıya tam vizual nəzarəti təmin etmək mümkündür. (virtualaz.org)