vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
13:30 | 28 iyun 2018 | Cümə axşamı Məqaləyə 2914 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrimiqyaslı təlimlər başladı

Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan ordusu son aylar bir-birinin ardınca cəbhə xəttinə yaxın poliqonlarda hərbi birləşmələr səviyyəsində intensiv təlimlər keçirməkdə idi və bu təlimlər Ermənistanda ciddi panika yaradıb. Belə ki, aprel ayından başlayaraq Azərbaycan ordusunun raket-artilleriya, tank və mühəndis-istehkam bölmələri taktiki təlimlər keçirib. Təlimlər demək olar ki, ara verməyib və Ermənistanda bunu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşması kimi qiymətləndiriblər. Bir neçə dəfə erməni tərəfi Azərbaycan ordusunun cəbhə xəttinə yaxın təlim poliqonlarına hərəkət edən texnikasının və canlı qüvvəsinin dronla çəkilmiş görüntülərini yayıb. Ümumiyyətlə, Azərbaycan ordusunun birləşmələrinin adi gündəlik təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk etməsi dərhal Ermənistanda panik reaksiyalara səbəb olurdu.

İndi isə söhbət 20 minlik canlı qüvvənin, yüzlərlə tankın və digər zirehli texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilən raket-artilleriya komplekslərinin və zərbə pilotsuz uçan aparatların tətbiqi ilə irimiqyaslı təlimlər barədə anons verilib. Gözləniləndir ki, bu təlimlər Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən yeni silah sistemlərindən möhkəm pərt olan Ermənistanda müharibə təşvişini daha da artıracaq.

Digər tərəfdən təlimlərin ssenarisi məhz işğal edilmiş ərazilərin irimiqyaslı hücumla geri alınması üzərində qurulub. Yəni Ermənistanda bu baxımdan haqlıdırlar ki, mümkün hərbi əməliyyatlar 2016-cı ilin aprelində olduğu kimi lokal xarakter daşımayacaq, irimiqyaslı olacaq və Azərbaycan ordusunun indiki imkanları qarşısında düşmənin müqavimət şansı demək olar qalmayıb.

 

***

12:17

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.