Aprel müharibəsindəki itkilər gizlədilir
Hüquq müdafiəçisi Ermənistan rəhbərliyini ifşa etdi
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
İrəvana mühüm mesaj
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
-
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
-
Aydın səmanın keşikçiləri
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
-
“Dəfələrlə böyük təhlükə yaradır”
Erməni deputat: “Azərbaycanın Fərrux yüksəkliyini götürməsi belimizi qıracaq...”
-
Ordumuz geri çəkilməyib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
-
Dumanlı havada təxribat
Separatçıların arzuları boğazlarında qaldı
-
“Düşmən daim nəzarət altındadır”
“Ermənilərin “Polonez” zərbələrinin qarşısını almaq imkanları yoxdur”
-
SOM-lar JF-17-lərə quraşdırılacaq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
-
Ermənilər özlərinə od vurur
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
-
İrimiqyaslı təlimlər başladı
Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir
-
“Azərbaycan bu silahları parad üçün almır...”
Erməni ekspert: “Bakıda SOM-1B raketinin nümayişi üçün “xoşagəlməz xəbər” oldu”
-
Bu qərar bizdən asılıdır
Qarabağin işğalina son qoymağin yolu...
-
““Günnüt əməliyyatı” Ermənistanı nokauta salıb”
Azərbaycan Müdafiə Nazirliyi: “Düşmən müxtəlif uydurmalarla özünə bəraət qazanmağa çalışır”
-
“Öz içlərində yanırlar”
Ermənistan Bakıdakı parada niyə susqun qaldı?
Ermənistanın Müdafiə Nazirliyi aprel müharibəsindəki itkilərinin real sayını gizlədir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi bəyan edib ki, aprel döyüşlərində ölən 168 nəfər erməni hərbçisi siyahıya salınmayıb.
Modern.az saytının məlumatına görə, ofisin rəhbəri Artur Sakuns birmənalı şəkildə bildirib ki, sorğular və rəylərin öyrənilməsi vasitəsilə Ermənistanın daha çox itki verdiyi məlum olub.
«Bizim əlimizdə olan məlumatlarla rəsmi məlumatlar arasında əhəmiyyətli dərəcədə fərqlə var», - deyə o bildirib.
Artur Sakuns Ermənistan ordusunda olan bərbad durumdan da söz açıb. Onun sözlərinə görə, orduda tibbi yardım əvvəlki kimi qeyri-qənaətbəxşdir.
«Aprel müharibəsində bir çox hərbçi məhz vaxtında tibbi yardım göstərilməməsi səbəbindən öldü. Amma bununla bağlı kiməsə cinayət işi açılmadı», - deyə Hakuns əlavə edib.
O qeyd edib ki, aprel müharibəsində ölən ermənilərin ailələrinin çoxunun sosial vəziyyəti ağırdır. Onlardan yalnız 60 ailənin sosial şəraiti nisbətən yaxşıdır.
Ofisin rəhbəri söyləyib ki, Ermənistan silahlı qüvvələrində hərbi texnikanın daim çatışmazlığı müşahidə olunur və orduda keyfiyyətsiz yanacaqlar var.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurn Ovannisyan isə hüquq müdafiəçisinin bəyanatını şərh etməkdən boyun qaçırıb.
O deyib ki, əgər məsələ deyildiyi kimidirsə, iddia səsləndirən tərəf siyahıya salınmamış ölən hərbçilərin adları və soyadlarını açıqlamalıdır.