Nə top var, nə sığorta
Azərbaycan kəndlisinin dolu dərdi...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
-
Soğan niyə bahalaşdı?
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
6 min manatadək cərimə
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
-
İnam Kərimovdan yeni təyinat
“ASAN”dan nazirliyə növbəti transfer
-
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Boş qalan vəzifəyə ...
-
Oliqarxlar əndişədə
“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq
-
Əsəbi Əsədov haradadır?
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
-
Yeni nazir müşavirə keçirdi
“Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır”
-
İnam Kərimov komandasını özü ilə aparır
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar
-
Balımızı tapan barmağını yalayır
Dünyada orta qiymət 3000-dir, amma Azərbaycan 8000 dollara satır
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Əsədov aqrar sektoru necə batırır?
Nazir qudası Ziya Məmmədovun yolunu gedir - məhv edilən ərzaq təhlükəsizliyi və milyonları udan korrupsiya «əjdahası»
-
Bal kimi yarmarka
Bakıda arıçılıq məhsullarının sərgi-satışı başladı
-
Həşəratlar və məmurlar
Hər ikisi milyonları məhv edən ziyanvericilərdir
-
«Əkin məhv oldu»
Rayonlarda fəlakət: sel, daşqın, dolu…
Azərbaycan kəndlisinin torpağını əkib-becərmək üçün texnika, vəsait tapmamaq, becərdiyi məhsulu sərfəli qiymətə bazara çıxarıb sata bilməmək, dövlətdən ayrılan subsidiyaları vaxtlı-vaxtında almamaq kimi dərdlərindən əlavə daha bir dərdi var: dolu dərdi. Məlum olduğu kimi hər il yaz-yay mövsümündə ölkənin dağlıq və dağətətəyi bölgələrinə tez-tez dolu düşməsi nəticəsində fərdi və fermer təsərrüfatlarına, bağlara, əkin-səpinə ciddi zərər dəyir. Bir çox hallarda kəndlinin əkib-becərdiyi məhsul tamamilə məhv olur.
Göydən buz parçaları yağanda ...
Elə iki gün əvvəl-mayın 11-də Qazax-Gəncə zonasında yağan güclü dolu taxil, kartof əkin sahələrinə, eləcə də meyvə ağaclarına zərər vurub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, dolunun miqdarı Göygöldə 13, rayonun Zurnabad kəndində 18, Daşkəsənin Zağalı Göl kəndinə 12 mm təşkil edib. Hazırda dəymiş zərərin miqdarı müəyyənləşdirilir.
Bəs kəndlini doludan qorumağın yolu varmı? Virtualaz.org araşdırıb ki, hazırda belə yol mövcud deyil, göydən dolu düşsə kəndli ancaq Allaha ümid edə bilər ki, göydən düşən buz parçaları onun təsərrüfatından yan ötsün.
Sovet dövründə Azərbaycanda dolu əleyhinə mübarizə aparan xüsusi idarə olub, dolunun təsərrüfatlara ziyan vurmasının qarşısını almaq məqsədilə doludağıdan toplardan istifadə edilib. İndi də dünyanın əksər ölkəsində, hətta qonşu Gürcüstanda da bu metoddan yararlanırlar. Atmosferin dolu yaranan qatına «Qrant» adlı raketlərdən atəş açılaraq temperatur süni şəkildə qaldırılır, nəticədə dolusuya çevrilir və yağış yağır. Vaxtı ilə Azərbaycanda doludağıdan toplar olub. Həmin toplar sonradan Qarabağ münaqişəsində istifadə edilib, doludağıdan stansiyalar SSRİ-nin dağılmasından sonra fəaliyyətini dayandırıb.
Azərbaycanın dövlət büdcəsindən hər il kənd təsərrüfatına yüz milyonlarla manatlıq subsidiya ayrılır. Xaricdən cins mal-qara, hətta eşşəyə qədər alıb gətirilir, yeni texnikalara milyonlarla dollar xərclənir, amma doludağıdan topların alınması təklifi elə təklif olaraq qalır.
Nazirlik deyir ki, topların alınması nəzərdə tutulub
Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə deyir ki, kənd təsərrüfatının hava şəraitindən, xüsusən də doludan müdafiə sisteminin yenidən qurulması nəzərdə tutulub. «Doludan müdafiə sisteminin yaradılması Strateji Yol Xəritəsinə salınıb. Doludağıdan topların alınması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib», F. Fikrətzadə virtualaz.org saytına söyləyib.
Ekspertlər isə hesab edirlər ki, bu məsələni yubatmaq olmaz. Doludağıdan top və raketlər alınmazdan əvvəl bu sahə üzrə mütəxəsis hazırlığına başlamaq lazımdır. Son 20-25 ildə Azərbaycanda bu metoddan istifadə edilmir. Təbii ki, bu sahə ancaq mütəxəssislərə həvalə edilməlidir. Dolu əkin sahələrinə, meyvə başlarına, infrastruktura çox ziyan vurduğundan kənd təsərrüfatı inkişaf etmiş ölkələrin doluya qarşı mübarizə üçün tətbiq edilən təcrübəsindən istifadə edilməlidir.
Bu metodla dolu düşməsinin qarşısı 70-80 faiz alınır. Dolu taxıl və kartof sahələri ilə yanaşı üzüm bağlarını da məhv edir. Nəzərə alınmalıdır ki, Azərbaycanda üzümçülüyün inkişaf strategiyası müəyyənləşdirilib, dövlət büdcəsindən küllü miqdarda vəsait ayrılır. Dolu isə adətən, üzüm yetişən vaxtda düşür. Beləliklə də üzüm sahələrinə də zərər dəyir.
«Azərsığorta»: sığorta şirkətləri bu sahəyə maraq göstərmir
Dolunu zərərsizləşdirmək üçün doludağıdan stansiyaların yoxluğu bir tərəfə, bəs kəndli öz təsərrüfatını doluya və ya selə qarşı sığortalaya bilərmi? Belə məlum olur ki, Azərbaycanda bu mexanizm də yoxdur.
Sığorta şirkətləri riskin çox olması səbəbindən bu sahəyə maraq göstərmirlər, ən yaxşı halda isə fermerlərə ağır şərtlər təklif olunur.Halbuki bütün inkişaf etmiş ölkələrdə aqrar sığorta sistemi var.
«Azsığorta» Dövlət Sığorta Şirkətindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildiriblər ki, əkin sahələrinin sığortalanması olduqca risklidir, buna görə də sığorta şirkətləri bu sahəyə maraq göstərmirlər. «Kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortası qaydaları» qüvvədədir. Məhsullar dolu, sel, daşqın və şaxtadan sığortalanır. Kənd təsərrüfatı bitkiləri üzrə məhsulun dəyərinin azı 70 faizi sığortalanır. Riskli sahə olduğu üçün təbii ki, sığorta tarifləri yüksəkdir»,-şirkətdən deyiblər.
Şirkətdən onu da əlavə ediblər ki, əkin sahələrinin, məhsuldarlığının və yığılan məhsulun uçotunun aparılmaması dəyə biləcək zərəri qiymətləndirməyə imkan vermir: «Riskin proqnozlaşdırılması aparılmır, məhsuldarlığın proqnozuna nəzarət etmək mümkün olmur. Yəni təsərrüfatlarda statistika, uçot işi olmaması vəziyyəti qiymətləndirmək və onları sığortalamağı mümkünsüz edir».
Təkcə İsmayıllının İvanovka kəndində sığortalanıb
Sığorta şirkətləri hesab edir ki, statistika aparılmadığı müddətdə sığortadan söhbət gedə bilməz: «Demək olar ki, fermerlər də müraciət etmirlər. Yalnız İsmayıllının İvanovka kəndində təsərrüfatlar sığortalanıb. Çünki orada statistika düzgün aparılır. Sığorta etmək üçün bizim əlimizdə son bir neçə ilin məlumatları olmaldı ki, riskin səviyyəsini qiymətləndirib sığortalaya bilək».
Şirkətdən onu da qeyd ediblər ki, icbari sığorta təkliflərinə baxılır. Hərçənd ki, ekspertlərin çoxu icbari sığortanın səmərəsiz olacağını, bunun üçün milyonlarla manata ehtiyac yaranacağını düşünür.
Nazirlik vəd edir: Sığorta problemi kökündən həll olunur
Nazirliyin şöbə müdiri Firdovsi Fikrətzadə bu sahənin qənaətbəxş olmadığını etiraf edir. Onun sözlərinə görə, risqi nəzərə alan sığorta şirkətləri bu sahəyə az maraq göstərir. «Artıq Strateji Yol Xəritəsinin hədəfləri müəyyənləşdirilib və sığorta problem kökündən həll olunacaq. Birincisi, Aqrar Sığorta Fondunun yaradılması nəzərdə tutulur. Bu da sığorta şikətlərinin riskini azaldacaq və nəticədə sığorta şirkətlərinin bu sahəyə marağını artıracaq. İkincisi, risqin qiymətləndirilməsi üçün məlumat bazası olmalıdır. Məlumat bazasının yaradılması məqsədilə geniş tədbirlər müəyyənləşdirilib, sığorta hadisələrinin reystrinin formalaşması nəzərdə tutulub. Risk qiymətləndirməsini aparmasına imkan verən informasiya sistemi qurulacaq. Bundan əlavə, sığorta sisteminə subsidiya veriləcək», -şöbə müdiri əlavə edib.
F.Fikrətzadə deyib ki, hazırda sığorta müqaviləsi üzrə fermerlərin xərclərinin 50 faizi dövlət tərəfindən ödənilir.
Nəzərə alaq ki, sığorta sisteminin işləməməsi səbəbindən banklar da aqrar sahəyə kredit ayırmaqda maraqlı deyillər. Kənd Təsərrüfatı Nazirliyi isə uzağı 1-2 ilə aqrar sahədəki bu sistem problemlərinin həll olunacağını vəd edir, hədəf təlabatın yerli məhsul hesabına ödənilməsi, məhsulların xarici bazara çıxışı müqabilində ölkəyə valyuta gətirməkdir.