Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:36 | 5 dekabr 2022 | Bazar ertəsi
Məqaləyə 976 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Fransa prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarına 5 günlük səfəri zamanı müxtəlif mövzuları müzakirə etdi. İki ölkə arasında bir sıra məsələlərdə fikir ayrılıqları var. Buna baxmayaraq, Rusiya və Çin mövzusunda Vaşinqtonla Paris arasında ortaq baxışlar mövcuddur. Vaşinqton və Paris Rusiya və Çinin siyasətini beynəlxalq aləm üçün ciddi təhdid kimi qiymətləndirirlər.
Buna baxmayaraq, ABŞ və Fransa Rusiya və Çinə müxtəlif mesajlar da göndərirlər. Misal üçün ABŞ prezidenti Co Bayden tez-tez deyir ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırsa Kreml sahibi Vladimir Putinlə dialoqa hazır olacaq. Ancaq Kremlin hələ ki, Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq planı yoxdur.
Bu arada, Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiya və Çinə qarşı sərt siyasətin davam etdirilməsini dəstəkləyir. Rusiyanın BMT Nizamnaməsinin fundamental prinsiplərinə zidd hərəkət etdiyin deyən Sunak Çinin siyasətindən də narazıdır: “Pekin dövlət alətlərindən istifadə edərək dünyada qlobal təsirini artırmağa çalışır. Bu beynəlxalq aləm üçün ciddi təhdiddir. Qərb ölkələri Rusiya və Çinə qarşı mübarizədə ritorikadan çox praqmatik siyasətə üstünlük verməlidir”. Sunak “praqmatik siyasət” dedikdə Pekinin təsir imkanlarının azaldılmasına çalışdığını nəzərdə tutub. Sunak bunu Böyük Britaniyanın və digər Qərb ölkələrinin təhlükəsizliyi üçün əhəmiyyətli hesab edib. Rişi Sunak Çinləticarət-istisadi əlaqələrin perspektivinə inanmayaraq Pekini sıxışdırmağın vacib olduğuna inanır: “Çinlə bağlı siyasətimizi dəyişdirməliyik. Çinlə “qızıl əməkdaşlıq” dövrü arxada qaldı. Çinlə ticarətin bu ölkədə sosial və siyasi islahatları dərinləşdirəcəyi ideyası özünü doğrultmadı”.
Rişi Sunakdan əvvəlki hökumət də Çinlə əməkdaşlığın miqyasını azaltmağa çalışırdı. Misal üçün London Çinin nəhəng “Huawei” şirkəti ilə “5G” texnologiyasının yaradılması layihəsini dayandırdı. Bundan başqa Çinin Böyük Britaniyada texnoloji şirkətlər alması qadağan edildi. Bütün bunlar Çin-Böyük Britaniya münasibətlərinə mənfi təsir etdi.
Beləliklə, başda ABŞ və Böyük Britaniya olmaqla Çin şirkətlərinə Qərb ölkələrində texnologiyalara çıxış imkanı məhdudlaşdırılıb. Pekin bunu bazar iqtisadiyyatına və beynəlxalq ticarətinə qaydalarına zidd addımlar kimi qiymətləndirib. Pekinin iradlarına baxmayaraq, Qərb keçmiş illərdən fərqli olaraq Çinlə iqtisadi və ticarət əlaqələrdə ehtiyatlı olacaq.