ABŞ tələsmir
İranın isə vaxtı daralır
09:36 | 9 aprel 2026 | Cümə axşamı
Məqaləyə 117 dəfə baxılıb
Şriftin ölçüsü
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ administrasiyası İranın təqdim etdiyi 10 maddəlik atəşkəs planını qəbul etdiyi barədə yayılan xəbərləri təkzib edib. Ağ Ev bildirib ki, rəsmi Vaşinqtonun əsas şərtləri dəyişməz olaraq qalır.
VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki. Ağ Evin sözçüsü Karolin Livitt çərşənbə günü keçirilən brifinqdə bildirib ki, ABŞ-nin İranın 10 maddəlik planını qəbul etdiyi barədə mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, İran tərəfindən təqdim olunan plan yalnız qiymətləndirmə məqsədilə nəzərdən keçirilib.
Sözçü qeyd edib ki, İranın ilkin mərhələdə təqdim etdiyi 10 maddəlik plan ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbuledilməz hesab olunub və rədd edilib. Livitt bildirib ki, həmin mərhələdə Vaşinqton administrasiyası Tehrana qarşı sərt mövqeyini qoruyub saxlayıb.
Onun sözlərinə görə, İran tərəfi daha sonra yenidən işlənmiş plan təqdim edib və bu sənəd fərqli yanaşma ilə dəyərləndirilib.
Livitt bildirib ki, yenilənmiş plan əvvəlki variantdan fərqli olaraq daha məntiqli və ardıcıl hesab edilib və ABŞ rəhbərliyi tərəfindən tətbiq oluna bilən sənəd kimi qiymətləndirilib.
Bununla yanaşı, Ağ Ev sözçüsü vurğulayıb ki, ABŞ-nin əsas tələblərində heç bir dəyişiklik baş verməyib. Xüsusilə İranın uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılması kimi əsas məsələlərin Vaşinqton üçün dəyişməz şərt olaraq qaldığı bildirilib.
Ağ Ev nümayəndəsi əlavə edib ki, ABŞ administrasiyası regionda təhlükəsizlik və enerji daşımalarının fasiləsizliyini təmin etməyə yönəlmiş mövqeyini qorumaqda davam edir.