vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.1041 AZN
Rusiya rublu 1 RUB = 0.0276 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.4309 AZN
Türk lirəsi 1 TRY = 0.4152 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
16:38 | 28 avqust 2017 | Bazar ertəsi Məqaləyə 955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vətəndaşsan? Bas bayıra!

Azərbaycan pasportu ilə olanlar kazinolara buraxılmasın

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gəlin yenə də qumardan danışaq. Bildiyiniz kimi, Azərbaycanda rəsmi olaraq kazinolara qadağa qoyulub. Amma demək olmaz ki, bütün qumar növlərinə qadağa var, çünki ölkədə rəsmi olaraq «Topaz» adlı totalızator işləyir və bu sahədə bütün monopoliya məhz elə «Topaz»a verilib.

«Topaz» şərikli bir qurumdur, lakin ona nəzarət və onun idarəçiliyi qəribə məntiqlə Gənclər və İdman Nazirliyinə verilib.

Nazirlik isə bu idarəçiliyi tapşırıb deyilənə görə vaxtilə Əli İnsanovun yaxın silahdaşlarından olmuş və adları səhiyyə sistemində korrupsiyada hallanan adamlara.

Lakin, kələmi keçiyə etibar etməsinin müəmmalı səbəblərini araşdırmaq bizim işimiz deyil, bunun üçün müvafiq qurumlar var, dediyim başqadır.

Azərbaycana turist axını yeni imkanlar yaradır və düşünürəm ki, bu imkanlardan maksimum istifadə etmək lazımdır.

İndi düşəcəksiniz üstümə, amma mən kazinoların açılmasının tərəfdarıyam. Bəli, amma bir şərtlə - Azərbaycan vətəndaşları oraya buraxılmasın.

Necə ki majorların əziz məkanı olan Monte-Karlo edir. Monte-Karlo kazinosu bu balaca dövlətə gəlir gətirir, amma heç bir Monako vətəndaşı orada oynaya bilməz. Bu qanundur.

Bildiyiniz kimi, kazinolara pasportsuz buraxmırlar və Monte-Karlo kazinosu dünyada bəlkə də yeganə yerdir ki, orada Monako pasportuna hörmət etmirlər.

Vətəndaşsan? Bas bayıra!

Kazinoların açılması nə verə bilər ölkəmizə? Əvvəla, büdcə gəlir əldə edər, həm də qonşu Tbilisiyə yalnız qumar üçün yollanan xarici turistləri buraya gətirər.

Müəyyən yerlərdə, müəyyən məhdudiyyətlərlə, Azərbaycan vətəndaşlarının buraxılmaması şərti ilə işləyən kazinolar həm iş yerləri deməkdir, həm investisiyaların gəlişi.

Əlbəttə, kazinoların bağlanması vaxtilə düzgün addım idi, neçə-neçə evlər yıxmışdı kazinolarımız, amma o vaxt həm ölkə vətəndaşlarına məhdudiyyət qoyulmamışdı, həm də neftdən gələn pul turizmin inkişafını ikinci plana çəkmişdi.

Bu gün isə büdcəmizin əlavə gəlirlərə ehtiyacı var.

Bilirəm, bunu dəstəkləməyənlər çox olacaq, mentalitet söhbəti və s., bilirəm ki, burada siyasi məqamlar da var, islam dünyasının narazılığı filan, amma onsuzda ölkədə qumar var, totalizatorları nəzərdə tuturam, hamı oynaya bilər və bu oyunlardan da yıxılan evlərin sayı az deyil.

Ona görə, kazinoların açılması dəyərlərimizə əlavə zərbə vurmayacaq, vurulan vurulub onsuzda.

Və xüsusi bir qurum yaratmaq olar ki, ölkədə bütün qumara nəzarət etsin. Həm kazinolara, həm totalizatorlara.

Çünki hələlik görünən odur ki, totalizatorlardan büdcəyə qəpik quruş gəlir, onu idarə edən həmin o kələmsevərlər isə günü gündən zənginləşir, sərvətləri göz qabağında.

Madam dövlət qumar günahını boynuna götürüb, heç olmasa bu günahdan əldə edilən gəlir dövlətin büdcəsinə getsin. Dünən insanların fiziki sağlamlığı, bu gün isə onların mənəvi sağlamlığı hesabına varlanıb harınlayan şəxslərin cibinə yox.

Nəzarətsiz yeyintilərin zamanı arxada qaldı. Bunu könüllü olaraq anlamayanları məcburi anlatmaq vaxtı çatıb.

O ki qaldı kazinolara, zənnimcə, bu mövzu ətrafında müzakirələr aparıb ictimai rəyi öyrənmək pis olmazdı...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)