vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
14:16 | 8 iyul 2018 | Bazar Məqaləyə 313 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yumor hissinizi itirməyin

Cəlil Cavanşir ə açıq məktub

İlqar RƏSUL

Əzizim Cəlil ! Heç vaxt insan səbəbsiz, bilərəkdən, şüurlu şəkildə nə özünün, nə də özgələrin qanını qaraltmaz. Bunu hamı bilir. Sən də, sənə indi dəstək olanlar da, səni qınayanlar da. Amma həyatdır də, istədiyi vaxt bizimlə istədiyi zarafatı edir. Zarafatını edir, qanımızı qaralır, gülür bizə. Lap komediya filmlərindəki kimi. Kimsə yıxılır, başı harasa dəyir, ağlayır, bizsə gülürük. Ekrandakı oyundur əlbəttə. Amma onu seyr edən bizlər həyatıq. Həmin oyunu quran, baxan, gülən həyat.

Ömrümüzdə baş verən hadisələri saf-çürük edəndə, diqqətlə baxanda, dinləyəndə, arxasından güclə seziləcək də olsa bir gülüş eşidirik. Bu həyatın gülüşüdü. Öz qurduğu oyuna baxıb zövq alan həyatın.

Demək ki, həyatın yumor hissi güclüdür və ondan imtina etmək fikri yoxdur. Onda bəs biz? Biz niyə öz yumor hissimizdən imtina etməliyik? Bizim niyə yumor hissimiz olmamalıdır. Bəlkə biz hərəmiz öz həyatımıza qaşı yumor hissimizi sipər etməliyik.

 

Yumor hissi

 

Yumor hissi insana verilən ən mükəmməl keyfiyyətlərdən biridir. Bu imkandan anında yararlanmaqla qan yatırmaq, düşmənçiliyə son qoymaq, hətta müharibə başlanmasının qarşısını almaq olur və olub...

Əzizim Cəlil! Sadaladıqlarımla müqayisədə sənin hadisən elə də faciəvi deyil. “Bir yumorluq canı yoxdur” yəni. Məncə indi sən öz hərəkətinə də, bu hərəkətinə reaksiyalara da yumorla yanaşmağa çalış (buna səninlə bərabər hamımızın ehtiyacı var indi). Bacarsan (bacaracaqsan), tezliklə özün də, yaraladıqların da sağalacaqlar.

Və həyat bu dəfə daha maraqlı, daha rəvan olacaq. Təkcə ona görə yox ki, sən ölümdən döndün və həyatın dəyərini bildin. Həm də ona görə ki, həyat öz pərakəndə zarafatlarına qarşı, birinin daha üsyan yox, zarafat qoyulduğunu görüb mülayimləşəcək...

Bu mülayimlik sənə, sənin yaxınlarına, sənin ətrafındakılara da pozitiv təsir edəcək. Sonra da vaxtın olanda zəng elə, çağır, hara desən gəlim, oturaq gecə yarıyadək pivə içib dərdləşək. İstəsən lap sabahadək. Zarafat da edərik. Lap köhnə və əziz zamanlardakı kimi. Axı Tanrı bizi nədən məhrum etsə də, əsas hisslərdən məhrum etməyib. Yadındadır də....

P.S. Və bir daha itmə.

UNUTMA! İnsan onu sevənlərin, ona dəyər verənlərin arasında daha güvəndə olur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)