vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
STOLÜSTÜ  
16:04 | 29 noyabr 2018 | Cümə axşamı Məqaləyə 755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sehrli fiqurlar ...

... və vikingin qorunmuş titulu

Vüsal BAĞIRLI

Yağışdan qurtulmaq üçün özümü içəri tələsik dürtdüyüm bina qapısından keçib, tələsik liftə təpilirəm. Blokda səssizlikdir. Qapını döyürəm. Açılar-açılmaz, qoltuğumda gizlətməyə çalışdığım taxta qutu ilə içəri girirəm.

7 yaşlı qızım və 4 yaşlı oğlum üstümə yüyürərək, gözaltı hədiyyəyə baxırlar. Balacalardan heç nə gizlətmək mümkün deyil. Onlar uşaq fəhmi ilə qeyri-adi bir şey aldığımı duyaraq sevinclə atılıb-düşürlər.

Mən sehrli qutunu açıb, içindəki qəribə fiqurları döşəməyə dağıdıram.

Birinci Nuray dillənir:

- Ata bizə nə almısan. Oyuncaqdır?

Nurxan isə, “gəlin oynayaq” deyir.

Mən mümkün sadə cümlələrlə, şahmatın nə olduğunu, ağ-qara xanaların və fiqurların sayını, oyunun necə oynanıldığını, qaydaları başa salmağa çalışıram

- Bax bu incə fiqur fildir,  kobud görünüşlü yoğun papaqlı isə topdur.

Məktəbə gedən qızım burada, artıq riyazi işarələri bilmə bacarığını nümayiş etdirir:

- Ata bax, onun başında üstəgəl işarəsi var.

- Düzdür. Bu şahmatın əsas fiquru olan şahdır. Bütün qalan fiqurların borcu onu qorumaq, mat olma təhlükəsindən uzaq tutmaqdır.

Birdən Nurxan ovcunda nəyi isə möhkəmcə sıxaraq qışqırır:

- Ata, bilirsən əlimdəki nədir?

Ardınca,  bir söz deməyimə imkan vermədən səbirsizliklə qışqırır:

- At.

Sonra isə,  xəyali qılıncını havada yelləyərək, süvari döyüşü sayaq, o tərəf, bu tərəfə çapır.

At fiqurunu asanlıqla tanısalar da, onun ilk baxışdan bir az qəliz görünən gedişini anlada bilmirəm.

Bir azdan şahın, vəzirin, digər əyanların, rəiyyət sayılan piyadaların taxta üzərində düzgün düzülüşünü, hərəkətini, gedişlərini başa salıram.

Üz ifadələrindən hiss edirəm ki, söylədiklərim onlarda hədsiz maraq doğurur. Təmiz və saf uşaq beyni hər sözü, hər kəlməni göydə tutur.

Şahmat demişkən, bu arada Londonda, nəhayət ki, bu qədim oyunun planet üzrə ən yaxşı oyunçusu müəyyən olundu.

Gərgin, eyni zamanda yeknəsəq və darıxdırıcı keçən silsilə heç-heçələrdən sonra, rəqiblərdən biri axır ki, büdrədi. Xüsusi gərginliyi ilə seçilən 12 oyunluq klassik üslublu əsas partiyalar qalibi müəyyən etmədiyindən, 4 oyunluq sürətli şahmat oyunundan ibarət olan tay-breykə keçildi.

Burada isə Karlsen inamlı və cəsur oyunuyla hər kəsi ovsunladı. Vikinq parlaq qələbə qazandı və növbəti iki il üçün titulunu qorudu.

Bu arada, “The Wall Street Journal”  Karuananın ABŞ-ı təmsil etməsinin maraqlı tarixçəsini açıqlayıb.

Xəbərdən məlum olur ki, “Yaxın keçmişə qədər İtaliyanı təmsil etmiş Karuananı milliləşdirməyə cəhd edən, ona pul təklifi edən ölkələr sırasında ABŞ və Azərbaycan da olub.

Əslində Azərbaycan tərəfi Karuanaya ABŞ-dan daha çox pul təklif edib. Lakin,Karuana yekunda Amerikanı seçib.

Əslində İtaliya rəsmiləri onun ölkəni təmsil etməkdə davam etməsini təmin etmək üçün çox səy göstəriblər.

İtaliyalılar Karuanaya ildə 90,000, amerikalılar isə 200,000 dollar təklif ediblər.

Azərbaycan bir qədər də çox pulla danışıqlar masasına gəlsə də, Karuana ABŞ-ı seçib. Azərbaycan Şahmat Federasiyası məsələyə şərh verməkdən imtina edib.”

Beləliklə, burnumuzun ucunda Ramin Quliyevin gedib başqa ölkə üçün qızıl medallar qazanmasını, bayraq ucaltmasını dərin peşmançılıq hissi ilə seyr etdik. Sonra isə, başda Şəhriyarla, öz şahmat vunderkindlərimiz dura-dura, italyan əsilli Karuananı milliləşdirməyə çalışdıq.

Vüsal BAĞIRLI


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)