vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
22:30 | 26 dekabr 2012 | Çərşənbə Məqaləyə 1850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şaxta baba anamı gətirsin!»

Şəbnəm KARSLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Gecələr uşaq ağlayanda hövlank yerimizdən atlayırıq. Saat neçə olursa olsun, fərq etməz, bütün istəklərini qarşılayırıq. Bəzən kiçik narahatlıq hiss etdikdə gecəni yatmır, keşik çəkirik.

Ən böyük qorxumuz: birdən balam gecə üstünü açar, soyuqlayar. Hər dəfə gecə uşaqlar üçün ayağa qalxanda Uşaq Evlərində məskunlaşmış körpələri xatırlayıram. Onlar üçün də gecələr yatmayan, hər çağırışına hay verən biriləri varmı? Ananın yerini əvəz edə biləcək bir qüvvə mövcuddurmu? 
Kanalların biri (hansı olduğunu dəqiq xatırlamıram) Yeni il münasibəti ilə Uşaq Evinə çəkilişə getmişdi. Beş yaşlı uşağa “Şaxta babadan nə istəyirsən” sualı verildi. Uşaq isə səsi titrəyə-titrəyə, “anamı gətirsin” cavabını verdi. Kaş ki, Şaxta babaların elə bir qüdrəti olaydı. Bunu arzulamaq balasını atan bir ananın insafa gəlməsini arzulamaqdan daha real görünür mənə. Heç bir tərəfi tənqid etmək və ya irad səsləndirmək fikrindən uzağam. Çünki, baş verənlər artıq reallıqdır və kimsəsizlər evində bu gün minlərlə uşaqlar var. Mən ancaq çarələr üzərində düşünməyi təklif edirəm. Dünyanın bütün inkişaf etmiş ölkələrində uşaqların himayəyə götürülməsi prosesi təbliğ edilir. Hər zaman düşünürdüm ki, bizdə niyə çoxluq, hətta valideyn olmaqdan məhrum olan ailələrimiz uşaq götürüb saxlamır? 
Bir tanış ailə var. On dörd ildir uşaqları olmur və artıq heç vaxt valideyn ola bilməyəcəkləri kəsindir. Ailə başçısına, niyə Uşaq Evindən bir övlad götürmədiyini soruşdum. Sən demə, çoxdan bu haqda düşünürlərmiş. Lakin mövcud qanunvericilik onların bir yetimə həyan, bir kimsəsizə ata, ana olmaq istəklərinə mane olurmuş. Övladlığa uşaq götürmək üçün tələb olunan sənədlər aşağıdakılardır: - şəxsiyyətini təsdiq edən sənədin surəti; - qısa tərcümeyi-hal; - övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış; - ümumi səhhəti barədə tibbi arayış; - yaşayış sahəsi barədə məlumat (yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd və s.); - ailə vəziyyəti barədə məlumatlar (nikah haqqında şəhadətnamənin surəti, nikahın pozulması haqqında şəhadətnamənin surəti); - iş yeri (vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat; - övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri (yaşı, cinsi, gözlərinin rəngi və s.)
Bunlardan bir maddə valideyn olmaq arzusunda olan vətəndaşlarımızın çoxu üçün keçilməz səddir: Yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənədin tələb olunması haqqında danışaq. Bu qanuna görə şəxsi mülkləri olmayan vətəndaşlarımız övladlığa uşaq götürə bilməzlər. Kirayədə yaşayan bir ailə valideyn ola bilməz. Çox məntiqsizdir. O zaman bütün yeni evlənənlərə dövlət ev versin və ya evləri olana qədər valideyn olmaları qadağan edilsin. Mənim iki oğlum var və kirayədə yaşayıram. Kim iddia edə bilər ki, Uşaq Evində məskunlaşdırılmış bir körpə mənim uşaqlarımdan daha yaxşı yaşayır. Ana nəvazişini və ata qayğısını yüzlərlə uşağın toplandığı məkanda kim əvəz edə bilər ki!
Övladlığa uşaq götürə bilmə prosedurları daha sadələşdirilməli və tələblər mövcud reallığa uyğun olmalıdır. Bu sahədə ictimai fəaliyyətlər artırılmalıdır. Hər dəfə Uşaq Evlərini xatırlayanda içimiz sızlamasın deyə kütləvi şəkildə bu mövzunu qabartmalıyıq. Ölkəmizdə son illər sonsuzluq sürətlə artır. Eyni zamanda kimsəsiz uşaqlar da az deyil. Bəlkə də bu elə İlahi hikmətdir?

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)