
Fransa küçələri uşaqlarla dolu
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Taleyinə bir valideynlə böyümək yazılan (xüsusən atasız) uşaqlar cəmiyyətdə sürətlə artmaqdadır. Heç bir mənəvi bağları olmayan münasibətlərlə qurulan ailələr sonda dağılır və məsuliyyətsiz valideynlərin «sonrakı peşmançılığı» uşaqların başında çatlayır. Belə taleli uşaqlar cəmiyyətə bir növ natamam insan kimi daxil olur.
Ötənlərdə «Hamımızın yetim uşağı» yazısında Asim Ağazadə haqqında söhbət açmışdıq. Hətta onun anasını dinləmiş, atasını danışdırmışdıq. «Atası itkin uşaqlar» adlı xüsusi layihəmiz oxucularda maraq doğurub. «Uşaqlar necə tərbiyə olunmalıdır?!»- sualı ilə bağlı fikirlərinizə şərik çıxırıq deyə, oxucumuz zəng edib, rəyini bildirdi. Onu da əlavə etdi ki, 3 yaşlı Asim Ağazadə barədə yazın, görək məsuliyyətsiz bir nikahın günahı kimi dünyaya gələn bu uşaq harada, kimin yanında yaşayır, onun tərbiyə və müalicəsi ilə məşğul olan varmı? Atası ona aliment verirmi?
Bu suallara cavab üçün Asim Ağazadə ilə dərindən maraqlandıq. Onun barəsində topladığımız məlumatı nəzərinizə çatdırırıq. A.Ağazadə anası Gülnarla Bakı şəhəri Nəriman Nərimanov rayonu Faiq Yusifov 15, mənzil 16-da babasının himayəsində yaşayır. Təəssüf ki, bu ailədə qarşılıqlı ittiham, münaqişə, söyüş və qərəzlik hökm sürür.
Asimin anası Gülnar bildirdi ki, anası Sevil Əzizova «uşağa mən baxaram, sən cəhənnəm ol, ərə get» deyə onun üstünə gəlir, söyüb təhqir edir: «İki daş arasındayam. Uşağımı necə atım?! - etirazın müqabilində anam mənə əl qaldırıb, dartıb üst-başımı cırıb, saçımı yolub. Sevil Əzizova - ona ana deməyə dilim gəlmir, uşağımı mənə qarşı çevirib, Asim məni eşitmir».
Onu da deyək ki, mütəxəssis tərəfindən Asim Ağazadənin müalicəsi konsepsiyasına əsaslanan tərbiyə proqramı hazırlanıb. Ancaq nənə iki ayağını bir başmağa dirəyib bu proqramın həyata keçməsinə aman vermir. Nənə deyir ki, uşaq sərbəst olmalıdır, məhz nənə sərbəstliyi ucbatından Asim hərəkət və davranışlarında sanki meymunu andırır. Bütün bunlardan sonra fikirləşirik ki, gələcəyimiz olan uşaqları gələcəkdən niyə məhrum edirik?
P.S. Biz vaxt.az olaraq «Hamımızın yetim uşağı» layihəsini davam etdirəcəyik. Çünki cəmiyyətin bu xəstəliyi «xərçəng» kimi hiss olunmadan, amma çox sürətlə yayılır, böyüyür, inkişaf edir. Belə hesab edirik ki, bu cür tale yaşayan uşaqlar haqqında düşünməyin vaxtıdır. Problemin həlli ilə indi məşğul olunmasa, sonra çox gec olacaq.