
Çinin “qaranlıq həqiqəti”
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Şaxta baba kostyumu geyinib və uşaqları kəmərlə döyüb
Əgər uşağınız danışmırsa, buna bir çox vərdiş səbəb ola bilər
6 yaşlı uşağı qaçırıb, sonra televiziyaya çıxıb kömək
“Ölüm hökmünüz artıq imzalanıb”
Avropa ölkəsində hər iki gəncdən biri internetdə cinsi istismara məruz qalır
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Özünü Avropanın ən mədəni ölkəsi sayan Fransada qorxulu statistika
2050-ci ilə qədər dünyada uşaq sağlığını təhdid edən təhlükə
“Cerebral Cortex” elmi jurnalında dərc edilən yeni araşdırma göstərir ki, valideynlik kişilərin beyinlərində körpələri ilə əlaqəni və ehtiyaclarına həssaslığı təşviq edən dəyişikliklərə gətirib çıxarır ki, bu da övladının sağ qalması üçün mühüm uyğunlaşma hesab olunur.
Cənubi Kaliforniya Universitetinin beyin strukturunda baş verən dəyişiklikləri araşdıran psixologiya professoru, aparıcı tədqiqatçı Darbi Saksbe və ispaniyalı həmkarları uşaq dünyaya gətirmək üzrə olan 40 atanın ilk övladının doğulmasından əvvəl və sonra beyin görüntüləmə tədqiqatları aparıblar. Tədqiqatlarında, kişilərin atalıqdan əvvəl və sonra boz maddəsində büzülmə müşahidə etdikdə, dəyişikliyin qadınlara nisbətən daha az şiddətli olduğunu müşahidə ediblər.
Dəyişikliklər daha çox beyin qabığında, yaddaş, təfəkkür, məntiq, öyrənmə, problemlərin həlli və emosional emal kimi icraedici proseslərdən məsul olan beyin hissəsində müşahidə olunub. Məlum olub ki, boz maddənin kiçilməsi orqanizmin kişi beyninin məlumat emal qabiliyyətini təkmilləşdirmək üsuludur.
İkinci araşdırmada Saksbe və komandası 38 yeni atanı müşahidə zamanı müəyyən edib ki, daha yüksək səviyyədə motivasiya və valideynlikdə iştirak bildirənlər beyin qabığında boz maddənin həcminin daha çox daralması ilə üzləşirlər.
“Serebral Cortex”dəki yazıda boz maddənin kiçilməsi ataların körpələrinin doğulmasından əvvəl və sonra məruz qaldıqları tək dəyişiklik deyil, kişilərin də hormonal dəyişikliklər yaşadığını göstərən müxtəlif araşdırmalar var.
Tədqiqatçılar, ataların yeni doğulmuş körpələrini ilk dəfə qucağına aldıqları zaman oksitosinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər və araşdırmalar da testosteron səviyyələrinin kişilərin valideyn olma ehtimalını göstərə biləcəyini göstərib.
İkinci məsələ ilə bağlı nəticələr 600 kişi üzərində aparılan bir araşdırmada əldə edilib. Tədqiqatçılar 4 il sonra iştirakçılarla yenidən müsahibə apardıqda, 20-ci illərin əvvəllərində yüksək testosteron səviyyəsinə malik kişilərin testosteronu səviyyələri daha aşağı olan kişilərə nisbətən ata olma ehtimalının daha yüksək olduğunu aşkar ediblər.
Kişilərdə testosteron səviyyələri vacibdir, çünki onlar cütləşmə və reproduktiv instinktləri dəstəkləyir. Dəyərlərin azalması bəzilərini narahat etsə də, Notr-Dam Universitetinin professoru Li Gettler öz araşdırmasında azalmanın mahiyyət etibarilə prioritetlərin yenidən qurulması şəklində baş verdiyini aşkar edib. Tədqiqatlarında onlar 30 yaşlarında olan yaşlı atalarda 20 yaşlarında olduğu kimi azalmanın dramatik olmadığını aşkar ediblər.