vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
17:45 | 31 may 2017 | Çərşənbə Məqaləyə 2920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident Cocuq Mərcanlıya gedəcək

Köçürüləcək 50 ailənin daşınma xərclərini «Dövlətqaçqınkom» ödəyəcək

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilmiş yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri yekunlaşıb. Bu haqda Modern.az-a Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

X.Zeynalov deyib ki, kənddə mənzillərin, məktəbin və məscidin tikintisi tam başa çatıb: «Həmçinin mənzillər təmir edilib.  Cocuq Mərcanlıda işıq, su, qaz və telekommunikasiya xətlərinin çəkilişində son tamamlama işləri görülür».

İcra nümayəndəsinin sözlərinə görə, yeni salınan qəsəbənin açılış mərasimi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə anılan Qurtuluş gününə nəzərdə tutulub: «Açılışda cənab prezident İlham Əliyevin iştirakı gözlənilir».

X.Zeynalov bildirib ki, açılışdan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ev orderlərinin paylanmasına başlayacaq: «İlkin mərhələdə 50 ailə köçürüləcək. Onların hər birinə orderlər veriləcək. Bundan sonra Cocuq Mərcanlıya köç başlayacaq. Köçürülmə işlərinin hamısını «Dövlətqaçqınkom» öz üzərinə götürüb».