vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
10:57 | 3 may 2018 | Cümə axşamı Məqaləyə 2216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kapital Bank Cocuq Mərcanlıda!

Ölkənin ən böyük bankı “Bura Vətəndir” kampaniyası keçirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan Kapital Bank Cocuq Mərcanlı sakinlərinə də xidmət göstərməyə başladı. Ötən ay həmin kəndə Kapital Bank-ın bankomatı quraşdırılıb. Bu barədə Vaxt.az-a Bankdan bildirilib.

Kapital Bank tərəfindən 2017-ci il ərzində cəbhəyanı zonada yerləşən Ağdam, Tərtər, Ağcabədi və Füzuli filialları yeniləyərək müştərilərin ixtiyarına verilib. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Müştərilərə daha effektiv xidmət göstərilməsi üçün, həmçinin məlumat mərkəzi həftənin bütün günləri fasiləsiz işləyir. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.