

“İstedadsız qrammofonlara deyil, ...”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
Köhnəlməyən soru …
Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib
Ölkənin ən böyük bankı “Bura Vətəndir” kampaniyası keçirir
Cocuq Mərcanlıya ikinci köçə start verilir
İlk mərhələdə 50 ailə yeni evlə təmin olunacaq
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
Bəhram Bağırzadə: «Çingiz Abdullayev ölümün gözünün içinə baxır»
Başıbəla kafenin icarədarı həbs olundu
Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
AYB-dən Hacıbala Abutalıbova qarşı sərt bəyanat: «Axı nə qədər ictimaiyyəti xamlamaq olar?»
Hacıbala Abutalıbov: «Çox təəssüf edirəm ki, Yazıçılar Birliyinin rəhbərliyini indiyə qədər narahat etməyib»
Yazıçı Anar «26» kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
Bu il oktyabrın 6-da Azərbaycanın bir qrup tanınmış yazarı Cocuq Mərcanlıya və Horadizə səfər ediblər. Səfər «Azərbaycan Yazarlar Klubu» İctimai Birliyinin «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsi çərçivəsində, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca, AYB Ağsaqqallar Şurasının sədri, xalq şairi Nəriman Həsənzadə, AYB katibi, «525-ci qəzet»in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid, «Olaylar» qəzetinin və eyni adlı saytın baş redaktoru, yazıçı-publisist Yunus Oğuz, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB Hərbi vətənpərvərlik sektorunun rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu, AYB Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, şair Fəxrəddin Meydanlı və Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəylinin iştirak etdiyi nümayəndə heyəti öncə Cocuq Mərcanlıda olublar.
Yolüstü aprel şəhidlərinin abidəsini ziyarət edən yazıçılar düşməndən tam azad edilmiş kənddə Şuşa məscidinin oxşarı olan dini ocağa baş vurduqdan sonra məktəblilərlə görüşüblər. Cəbrayıl İH başçısı Kamal Həsənov kənddə aparılan quruculuq işlərindən danışıb. O bildirib ki, kənd camaatı düşməndən çəkinmədən öz yurdlarında yaşayır, hətta Bakıdan köçüb gələnlər də var. Görüş zamanı şairlər öz şeirlərini səsləndiriblər. Cocuq Mərcanlı kənd orta məktəbinin kitabxanasına Qarabağ savaşı və onun qəhrəmanları ilə bağlı kitablar, disklər, bayraqlar hədiyyə edilib.
Daha sonra qonaqlar Horadiz şəhərinə gediblər.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib və rayonda görülən işlərdən danışıb. O bildirib ki, Qarabağın tam azadlığı üç amildən keçir: siyasi sabitlik, iqtisadi dirçəliş və hərbi qüdrət.
«Canımız Qarabağ yazımız Qarabağ -2» layihəsinin rəhbəri, yazıçı-dramaturq Elçin Hüseynbəyli səfərin məqsədi barədə məlumat verib. O bildirib ki, silahla qələm bir yerdə olarsa, xalqımız və ordumuz daha güclü olar və yazıçılar cəbhə bölgələrinə ardıcıl səfərlərilə bunu bir daha nümayiş etdirirlər.
Görüşdə çıxış edən xalq yazıçısı Anar bir az öncə Cocuq Mərcanlıda olduqlarını bildirib və qeyd edib ki, Cocuq Mərcanlıya qayıdış tarixi hadisədir, ora qayıdıb yaşayanlar isə tarixi şəxsiyyətlərdir. Yazıçı qeyd edib ki, Azərbaycan məkrli düşmənlə üz-üzədir və daim ayıq-sayıq olmalıdır. O, Cocuq Mərcanlıda və Horadizdə görülən abadlıq işlərindən fərəh hissi keçirdiklərini deyib.
Görüşdə xalq şairi Nəriman Həsənzadə, Türkiyə Səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi, Füzuli rayon ictimaiyyətinin nümayəndələri və başqaları çıxış edərək, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə inandıqlarını bildiriblər.
Tədbirin sonunda yazarlar görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqda kitabları və diskləri hədiyyə edib, eləcə də öz kitablarını bağışlayıb və xatirə şəkli çəkdiriblər.