
“Obyektiv obraz yaratmaq lazımdır”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
Çingiz Abdullayevdən rusiyalı senatora şillə kimi cavab
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
Köhnəlməyən soru …
Meriya prezidentin imzalayacağı sərəncamı gözləyir
Bakı Meriyasından açıqlama
Çingiz Abdullayev: «Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin...»
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
Hacıbala Abutalıbov: «Şeytana uzun ömür və can sağlığı arzulayıram»
Millət vəkili merə müraciət etdi
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Dərə xəlvət olub...
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
Bəhram Bağırzadə: «Çingiz Abdullayev ölümün gözünün içinə baxır»
BŞİH başçısı Hacıbala Abutalıbov «26-lar kafesi»nin fəaliyyətinin dayandırılması ilə bağlı yazıçı Çingiz Abdullayevin söylədiklərinə münasibət bildirib. Hacıbala Abutalıbov APA-ya açıqlamasında Ç.Abdullayevin dediklərinin həqiqətə uyğun olmadığını bildirib: «Çingiz Abdullayev bildirib ki, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən «26-lar kafesi» ilə qurum rəhbərliyinin heç bir əlaqəsi olmayıb.
Halbuki, Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri söyləyir ki, Yazıçılar Birliyinin binasında yerləşən «26-lar kafesi» bu qurum tərəfindən icarəyə verilib. Əldə olunan sənədlər də bir daha bunu sübut edir.
Digər tərəfdən, Çingiz Abdullayev söyləyir ki, 26 adında kafenin Azərbaycan xalqının soyqırımını təşkil etmiş, qaniçən 26 Bakı komissarının adı ilə heç bir əlaqəsi yoxdur. Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe «26 kafe» kimi yox, «26-lar Bakı», «26-lar yaşayır», «Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur» lövhələri ilə bəzədilən «26-lar kafesi» kimi fəaliyyət göstərir».
Hacıbala Abutalıbov onu da qeyd edib ki, dövlət orqanlarında qeydiyyatdan keçməyən «26-lar yaşayır», «26-lar Bakı», «Xanımlara qəlyan çəkmək pulsuzdur» reklamları vurulmuş, əxlaqsız gecə klubu kimi fəaliyyət göstərən «26-lar kafesi»nin Yazıçılar Birliyi tərəfindən icarəyə verilməsi qanunsuzdur: «Sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu «Natəvan» klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan «26-lar kafesi»nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış «26-lar kafesi» və həmin kafedə «xanımlara qəlyan çəkmək pulsuzdur» sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib».
Bakı meri onu da qeyd edib ki, hazırda qeyd olunan hallarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və günahkar şəxslər qanuna müvafiq olaraq cəzalandırılacaq.
Xatırladaq ki, bu gün yazıçı Ç.Abdullayev sosial şəbəkələrdə və bəzi media orqanlarında dünən Yazıçılar Birliyinin binasındakı «26» adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirib, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd edib və kafenin bu formada bağlanmasının doğru olmadığını vurğulayıb.