
“Xatirələr” Cocuq Mərcanlıda
Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib
Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib
Ölkənin ən böyük bankı “Bura Vətəndir” kampaniyası keçirir
Cocuq Mərcanlıya ikinci köçə start verilir
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
İlham Əliyevin beynəlxalq aləmə verdiyi 2 mühüm mesaj nədir?
İlham Əliyev kənddəki bərpa işlərinin davam etdirilməsi üçün 9 milyon ayırdı
İlham Əliyev: «Bu işğal böyük ədalətsizlikdir»
Ermənistan-Azərbaycan münaqişəsinin SSRİ-ABŞ soyuq müharibəsi ilə müqayisəsi qüsurludur
Köçürüləcək 50 ailənin daşınma xərclərini «Dövlətqaçqınkom» ödəyəcək
Cocuq Mərcanlı kəndiyə çəkilən avtomobil yolunun tikintisi artıq son mərhələdədir
Cocuq Mərcanlı qəhrəmanının ailəsinin evi təmir olunacaq
«Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur»
Robert Sekuta Qarabağda azad olunan kəndə getməkdən imtina etdi
Cocuq Mərcanlı sakini: «Prezidentin imzaladığı son sərəncam ümidlərimizi doğrultdu»
Heç bir filmdə görmədiyiniz, kitablarda oxumadığınız müharibə həqiqətləri haqda döyüş yazısı...
«Hazırda Cocuq-Mərcanlıda sakinlər üçün tikilən evlərdə son tamamlama işləri gedir. Evlərin çilçıraqları asılır. Güman ki, oktyabrın sonuna ikinci köç başlayacaq». Bunu Modern.az-a açıqlamasında Cəbrayıl rayon şəhid Novruz Aslanov adına Cocuq-Mərcanlı tam orta məktəbin direktoru Zamin Həziyev deyib.
O, bildirib ki, Cocuq-Mərcanlıya daha 100 ailənin gəlməsi ilə bağlı məktəbə gələcək şagirdlərin də sayı çox olacaq.
«Kəndə gələcək insanların siyahısı ilə tanışıq. Yeni şagirdləri məktəbə yerləşdirəcəyik. 100-ə yaxın uşağın gəlməsi gözlənilir. Məktəb iki növbəli olduğundan şagirdlərin yerləşə bilməməsindən söhbət gedə bilməz. Ona görə də şagirdlər normal dərslərinə davam edəcək».
Zamin Həziyev məktəbdə quraşdırılacaq laboratoriyadan da söz açıb.
«Türkiyənin Azərbaycandakı səfirliyi məktəbimizdə fizika və kimya laboratoriyası qurmaq fikrindədir. Keçən səfərlərində laboratoriya quraşdırılması barədə bizə söz veriblər. Təhsil nazirimiz Mikayıl Cabbarov məktəbə baş çəkən zaman yeni elektron lövhə hədiyyə etdi. Şagirdlər çox sevinirlər».
Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Yeni salınmış qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.