
15 yaşlı qəhrəman “Tiqana”
“Həkim, qoyma ölüm, mən müharibəyə getmək istəyirəm”
“Həkim, qoyma ölüm, mən müharibəyə getmək istəyirəm”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu «Horadiz əməliyyatı» nəticəsində işğaldan azad edilmiş Cəbrayılın Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra əsaslı təmir işlərinə başlanılıb.
2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edilib və Cocuq Mərcanlıya təhlükə aradan qalxıb.
Qeyd edək ki, kəndin azad edilməsində qəhrəmanlıq göstərərək həlak olanlardan biri də Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev iki il əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə «İgidliyə görə» medalı ilə təltif edilib. Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb şəhid onun adını daşıyır.
Bu il martın 21-də Cocuq Mərcanlının ilk şəhidlərindən olan Faiq Rzayevin anası Rüxsarə Məmmədova 30 ildir xəzinədar olaraq çalışdığı Bakı Dəmiryol Vağzalında işdən azad edilməsi haqqında xəbərdarlıq alıb. Buna səbəb onun pensiya yaşını tamamlaması, eyni zamanda kassaların ləğv olunmasıdır.
Məsələ ilə bağlı Modern.az-ın «Azərbaycan Dəmir Yolları» QSC-ə etdiyi müraciət araşdırılıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova sədr Cavid Qurbanovun şəhid anası ilə bağlı göstəriş verdiyini açıqlayıb:
«Bildiyiniz kimi, vağzaldakı bilet satılan kassalar ləğv edilib. Buna baxmayaraq, sədr Cavid Qurbanovun göstərişi ilə Rüxsarə Məmmədova Novruz bayramından sonra müvafiq işlə təmin olunacaq».