
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
... antimilli qruplar isə hakimiyyət eşqində
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib
Ölkənin ən böyük bankı “Bura Vətəndir” kampaniyası keçirir
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
Cocuq Mərcanlıya ikinci köçə start verilir
İlk mərhələdə 50 ailə yeni evlə təmin olunacaq
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
İlham Əliyevin beynəlxalq aləmə verdiyi 2 mühüm mesaj nədir?
İlham Əliyev: «Bu işğal böyük ədalətsizlikdir»
Ermənistan-Azərbaycan münaqişəsinin SSRİ-ABŞ soyuq müharibəsi ilə müqayisəsi qüsurludur
Köçürüləcək 50 ailənin daşınma xərclərini «Dövlətqaçqınkom» ödəyəcək
Cocuq Mərcanlı kəndiyə çəkilən avtomobil yolunun tikintisi artıq son mərhələdədir
Əli Həsənov: «Aprel döyüşləri ərazi bütövlüyünü bərpa etmək əzmimizi göstərdi»
Vaşinqton Cənubi Qafqazı və Azərbaycanı unudub?
Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzərTAc-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanmışdır. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmişdir.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış Cocuq Mərcanlı kənd sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.