
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
... antimilli qruplar isə hakimiyyət eşqində
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib
Ölkənin ən böyük bankı “Bura Vətəndir” kampaniyası keçirir
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
Cocuq Mərcanlıya ikinci köçə start verilir
İlk mərhələdə 50 ailə yeni evlə təmin olunacaq
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
İlham Əliyevin beynəlxalq aləmə verdiyi 2 mühüm mesaj nədir?
İlham Əliyev kənddəki bərpa işlərinin davam etdirilməsi üçün 9 milyon ayırdı
İlham Əliyev: «Bu işğal böyük ədalətsizlikdir»
Ermənistan-Azərbaycan münaqişəsinin SSRİ-ABŞ soyuq müharibəsi ilə müqayisəsi qüsurludur
Cocuq Mərcanlı kəndiyə çəkilən avtomobil yolunun tikintisi artıq son mərhələdədir
Əli Həsənov: «Aprel döyüşləri ərazi bütövlüyünü bərpa etmək əzmimizi göstərdi»
Vaşinqton Cənubi Qafqazı və Azərbaycanı unudub?
Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilmiş yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri yekunlaşıb. Bu haqda Modern.az-a Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.
X.Zeynalov deyib ki, kənddə mənzillərin, məktəbin və məscidin tikintisi tam başa çatıb: «Həmçinin mənzillər təmir edilib. Cocuq Mərcanlıda işıq, su, qaz və telekommunikasiya xətlərinin çəkilişində son tamamlama işləri görülür».
İcra nümayəndəsinin sözlərinə görə, yeni salınan qəsəbənin açılış mərasimi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə anılan Qurtuluş gününə nəzərdə tutulub: «Açılışda cənab prezident İlham Əliyevin iştirakı gözlənilir».
X.Zeynalov bildirib ki, açılışdan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ev orderlərinin paylanmasına başlayacaq: «İlkin mərhələdə 50 ailə köçürüləcək. Onların hər birinə orderlər veriləcək. Bundan sonra Cocuq Mərcanlıya köç başlayacaq. Köçürülmə işlərinin hamısını «Dövlətqaçqınkom» öz üzərinə götürüb».