vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
13:09 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 1396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunlar elə tayfadır ki...»

Birinci vitse-spiker hiddətləndi: «Cavablarını bundan sonra da alacaqlar»

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənilər yalnız cəbhədə vəziyyəti gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər və cavablarını alırlar və bundan sonra da alacaqlar. Narahatlığa heç bir əsas yoxdur».

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Birinci vitse-spiker bildirib ki, biz bu yaxınlarda Tiflisdə NATO-nun Parlament Assambleyasında çox böhtan xarakterli çıxışlar edildi və Azərbaycanın nümayəndə heyəti onların çox gözəl cavabını verdi.

«Bir çox hallarda sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. 1 milyondan çox qaçqın və köçkün var ki, onların da 300 min nəfəri uşaqlardır.

Biz həmişə beynəlxalq tədbirlərdə bu məsələni qaldırırıq. Bu isə ermənilərin iç üzlərini açıb göstərir.

Çünki bunlar elə bir tafyadırlar ki, heç nədən elə şey uydururlar ki, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəlxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə də avropalı həmkarlarımıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir».