vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
15:56 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 2371 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Süleymanov istefa verdi

«Hazırkı şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi»nin baş məşqçisi Nazim Süleymanov istefa verib. Apasport.az saytının məlumatına görə, o, ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.

N. Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Çalışdırıcı bu gün komanda üzvləri ilə görüşüb və sağollaşıb.
N. Süleymanov istefası ilə bağlı klubun rəsmi saytına açıqlamasında bildirib ki, «Neftçi» son 3 mövsümün çempionudur və hədəf yenə birincilikdir: «Mən isə hazırkı şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim.
«Neftçi»də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan «Neftçi»yə gələcək oyunlarda uğurlar arzu edirəm».
Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə ispaniyalı məşqçi Ruben Selyesə tapşırılıb.