vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 29 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TOP OYUNLARI  
18:06 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2910 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neftçi»də «təmizləmə» başladı

Klubun akademiyasında islahatlar qaçılmazdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi»nin yeni prezidenti Kamran Quliyev islahatlara başlayıb. O, dünən 2 işçini postundan uzaqlaşdırıb.

Adlar hələ açıqlanmır. Amma vəzifəsindən azad olunan hər 2 şəxs klubun akademiyasının üzvləridir. Yaxın günlərdə siyahı daha da genişlənəcək.

Son illər fəaliyyətində ciddi geriləmə olan akademiyada islahatlar qaçılmazdı. Çünki burada həddindən çox təsadüfi adam toplaşıb. Onların işi isə «Neftçi» kimi klubun tələblərinə cavab vermir. Bu səbəbdən yeni rəhbərliyin «təmizləmə»yə buradan başlaması gözləniləndi.

Ümumiyyətlə, yaya kimi klubda çox proseslər baş verəcək. İşçi sayında ciddi ixtisarlar həm də büdcəyə qənaətə, maliyyənin daha vacib sahələrə yönəldilməsinə xidmət edəcək.