vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
20:10 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1807 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət Reklam Agentliyi yaradıldı

Prezidentin fərmanı ilə İbadov direktor oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə «Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi» publik hüquqi şəxs yaradılıb.

Prezident Administrasiyası publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini 15 gün müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Publik hüquqi şəxs «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi «Reklam haqqında» Qanunla  müəyyən edilmiş qaydada davam etdiriləcək.

Prezidentin digər sərəncamı ilə Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin olunub.