vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
16:05 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2204 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yol polisindən sürücülərə müraciət

«Köhnə avtomobillərdən mümkün qədər az istifadə edin»

Respublika ərazisində havaların isti keçməsi ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Qurumdan VAXT.AZ-a verilən məlumata görə, respublikanın avtomobil yollarında yay mövsümündə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qeydə alınmış qəzaların bir çoxu məhz günorta saatlarına təsadüf edir.

Bildirilir ki, bunun da əsas səbəblərindən biri sürücülərin isti hava şəraitinin təsiri nəticəsində nəqliyyat vasitəsini idarə edərkən ətrafda cərəyan edən hadisələrə reaksiyalarının azalması, bəzi hallarda isə sükan arxasında yuxuya getmələridir. Qeyd olunanları, eləcə də iyul ayının 23-dək ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 40 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələrindən, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərdən mümkün qədər az istifadə etsinlər, uzaq məsafəli səfərlərə çıxmasınlar.

Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti olduğu halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur.