vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏMLƏKƏT  
17:27 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dişim nəyi kəsirsə yeyirəm»

Tatlı kənd sakini kərpic, daşı, şifer, şüşəni şirin-çörək zənn edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb.

ARB 24 xəbər verir ki, uşaq yaşlarından Qazaxıstanda ucqar kənlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan şəxs çıxış yolunu bu cür tapıb.

Bəxtiyar Qurbanov – Sakin: «Orada bir az aclığa düşdük. Heç nə yox idi. Dedik nə olar stəkandı, nəlbəkidi bunlar da yeməlidir. Onlardan yeməyə başladım mən. Mən torpağı, daşı götürüb yeyirdim. «Xrustal»da turş dad hiss edirəm. Saxsı qablar torpaq dadır. Bu stəkan və şüşələrdə dad yoxdur».

Deyirlər ki, insan ac olanda daşdan yumşaq nə olsa yeyər. Təbii ki, bu bir deyimdi. Amma Bəxtiyar Qurbanov bunu reallığa çevirib. Onun üçün ac qalmaq faciədir.

Bəxtiyar Qurbanov – Sakin: «Açığı deyim mən o şiferi də yeyərəm. Kərpicdi, daşdı, dişim nəyi kəsirsə mən yeyirəm, qorxum yoxdur. Şampan butulkasını təmiz yemişəm. Mismar udmuşam».

Bəxtiyar deyir ki, bacarıqlarım bununla bitmir. Özümü universal insan sayıram. İstədiyimi əldə etmək üçün bütün peşələrə də yiyələnə bilərəm. O, hazırda bənnalıq edir. Rəssamdır. Bərbər işini də məharətlə görür.

Həmsöhbətim indi də bacardığı işlərlə məşğul olub, gəlir əldə edir.