vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
10:25 | 23 iyul 2017 | Bazar Məqaləyə 1475 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səni aldadıblar

Restoranımı Həbib Müntəzirə bağışlayıram!

Məni tanıyanlar bilirlər ki, heç vaxt qalmaqal, dedi-qodu adamı olmamışam. Həyatda da, mətbuatda da bunu məqbul saymamışam. Ancaq barəmdə deyilən böhtana da susacaq adam deyiləm.

Jurnalistlərə ev verilməsi ilə bağlı qeybətlər və səviyyəsiz müzakirələr davam edir və görünən odur ki, hələ bir müddət də davam edəcək. Bu gün müzakirələrin ortasında isə səsi uzaqlardan gələn, Azərbaycandakı fərsiz şpionlarının donosları əsasında «siyahı» hazırlayan Həbib Müntəzir peyda oldu. Dostlarım mənə dedilər ki, o, hazırladığı, evi olub, jurnalistlər üçün tikilmiş binada ev alan şəxslərin «siyahı»sına mənim də adımı salıb. Həbib Müntəzir yazıb ki, mənim Ramanada evim, üstəlik restoranım (belə də yazıb) da var.

Mənim Şuşadan olan məcburi köçkün kimi Ramanada salınmış «Şuşa şəhərçiyi»ndə dörd nəfərlik ailə ilə iki otaqlı, kiçik bir evdə yaşadığımı mətbuatda hamı bilir, burda gizli heç nə yoxdur.

Şpionları «Nurşənin Ramanada evi var» deyəndə, Həbib Müntəzir yəqin düşünüb ki, 3-4 mərtəbəli, hektarlarla torpaq sahəsi olan villam var. Səni aldadıblar, bəy! Şpionlarını yaxşı təlimatlandır, donoslarını düzgün hazırlayıb, səni gülünc vəziyyətdə qoymasınlar.

O ki qaldı restoran məsələsinə, mən burdan bəyan edirəm: O restoranı sən Həbib Müntəzirə, yaxud o donosu sənə ötürən şərəfsiz şpionuna bağışlayıram. Mənim indiyədək nəinki restoranım, adi piştaxtam belə olmayıb və yoxdur. Mən ömrüm boyu ancaq və ancaq qələmim və kompüterim olub, çörəyimi də, hörmətimi də, haqqımı da, jurnalist binasında aldığım evi də onlarla qazanmışam.

Ya sən Həbib Müntəzir, ya da sənin Azərbaycandakı emissarın o restoranı tapsanız, Sizindi.

Tapmayacaqsınız, çünki dediyim kimi, mənim heç vaxt restoranım olmayıb.

İndi isə atılan böhtana görə üzr gözləyirəm. Şərəfi və ləyaqəti olan adam kiməsə böhtan atmaz, yanlışlığa görə isə heç olmasa üzr istəyər. Gözləyirəm...