vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
15:24 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3350 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Bəs velosiped yolları da olacaqmı?

Azərbaycan velosiped istehsalına başladı, ...

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

İsmayıllıda açılan «İSMA BİKES» velosiped istehsalı zavodu 2017-ci ilin iyulundan tam olaraq fəaliyyətə başlayıb. İyulun 6-da Azərbaycanın ilk milli velosiped brendi «İSMA BİKES»in yeni modellərinin təqdimat mərasimi keçirilib.

«İSMA BİKES» zavodunun direktoru Elçin Qəhrəmanov Modern.az-a deyib ki, 38 modeldə 49 velosiped təqdim olunub. «Velosipedlərin qiyməti modellərdən asılı olaraq 70-3500 manat arasında dəyişir. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur».

Milli velosiped brendinin yaradılması və istehsalının  genişləndirilməsi təqdirəlayiqdir. Amma məsələ burasındadır ki, Azərbaycanda bu velosipedlərin istifadəsi üçün zolaqlar, yollar yoxdur.

Məsələ ilə bağlı «Azəravtoyol» ASC-nin mətbuat katibi Anar Nəcəfli Modern.az-a deyib ki, yeni layihələrin icrasında velosiped zolaqlarının salınması nəzərdə tutulub: «Hələlik respublika ərazisində velosiped zolaqlarının çəkilməsi praktikası yoxdur. Ümumiyyətlə, şəhər mərkəzində bu praktikanın tətbiqi çətindir. Çünki küçələrin darlığı buna imkan vermir. Amma şəhərətrafı, geniş yollarda velosiped zolaqlarının çəkilməsi labüddür. Gələcək layihələrimizdə nəzərdə tutmuşuq».

A.Nəcəfli beynəlxalq praktikaya əsasən bildirib ki, velosiped zolaqları çəkilərkən zərurətin olması, hərkətin intensivliyi, yolun genişliyi və s. araşdırılır: «Məsələn, Heydər Əliyev prospektində velosiped sürmək mümkündür və bu, nəqliyyat iştirakçılarının həyatı üçün təhlükə yaratmır. Həmin yolda ayrıca velosiped zolağı ola da bilər, olmaya da bilər. Amma şəhərin mərkəzi, dar küçələrində bir qədər çətindir. Mərkəzi yollarda velosipedin gedib-qayıtması üçün zolağın salınmasına şərait yoxdur.Sovet dövründə şəhərsalma zamanı bunlar nəzərə alınmayıb. Amma velosiped zolaqlarının salınması yeni yollarda nəzərdə tutulub. Bu yaxınlarda reallaşacaq layihədə ilk dəfə həyata keçiriləcək».