vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
21:17 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda 80 nəfər uşağa peşə öyrədilib

Qorxmaz İbrahimli: «Onların öyrəndikləri bu peşələr gələcəkdə daha irəli getmələrinə yardım edəcək»

VAXT.AZ

«Biosfer» İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili» layihəsi başa çatıb. VAXT.AZ xəbər verir ki, bununla əlaqədar bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan «Biosfer» İB-nin sədri Qorxmaz İbrahimli bildirdi ki, təşkilat 2003-cü ildə təsis edilib və qeydiyyatdan keçib: «Bu günə qədər daxili donoların yardımları ilə bir sıra layihələr həyata keçirmişik. Bu gün fəxrlə deyə bilərik ki, dövlətimizin belə layihələri maliyyələşdirməyə imkanı var».

«Bu gün yekun mətbuat konfransına toplaşdığımız layihə çox nəcib məqsədlərə xidmət edir. Bu müddətdə uşaqların öyrəndiyi bu peşələr onların gələcəkdə daha irəli getmələrinə yardım edəcək» — Q. İbrahimli əlavə edib.

Daha sonra layihə rəhbəri Tural Məmmədov bildirib ki, «Qaçqın, məcburi köçkün, yetim, kimsəsiz, eləcə də digər aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəyönümlü kursların təşkili» layihəsi cari ilin may-iyun-iyul aylarını əhatə edib: «Biz uşaqlar üçün hər ay 24 kurs təşkil etmişik və hər iki həftədən bir ictimaiyyət üçün açıq olan təlimlər keçirmişik. Təlimlər Mərdəkan və Şüvəlan qəsəbələrində həyata keçirilib».

«Təlimlərdə 80 uşaq cəlb olunub ki, onların da 40 nəfəri qız, 40 nəfəri oğlandır. Qızlar üçün tikmə-hörmə, oğlanlar üçün müxtəlif suvenirlərin, təsvirlər və formaların hazırlanması kursları təşkil edilmişdi. Hesab edirik ki, layihəmiz uğurlu oldu» — T. Məmmədov əlavə edib.

Tədbirdə çıxış edən təlimçilərdən Zülfiyyə Salayeva qeyd edib ki, uşaqlar yeni peşələr öyrənməyə maraqlıdırlar: «Onlar öyrəndikləri sənətlər əsasında gələcəkdə özləri üçün işlər qura bilər. Biz öz biliyimizin yetdiyi qədər, nəyi bildiksə, onu uşaqlara öyrətdik. Uşaqlar arasında sorğular da apardıq. Gələcək üçün onların maraqlarını öyrəndik. Uşaqlarımız bu sənətlərin öyrənilməsinə xüsusi maraq göstərirlər».

Daha sonra təlimlərdə iştirak edən uşaqlar və onların valideyinləri və digər qonaqlar öz fikirlərnini bildiriblər.