10:40 | 18 yanvar 2014 | Şənbə
Məqaləyə 1968 dəfə baxılıb
Şriftin ölçüsü
Nazir səfiri qəbul edib
Məhəmməd Şaker Karqarın səlahiyyət müddəti bitir
Nazir Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Şaker Karqarı qəbul edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir səfir Məhəmməd Şaker Karqarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib və səfir Məhəmməd Şaker Karqara bu işdə verdiyi töhfəyə görə minnətdarlıq bildirib.
Əfqanıstanlı diplomat ölkəmizdən xoş təəssüratla ayrıldığını qeyd edib və burada fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Nazir Elmar Məmmədyarov Məhəmməd Şaker Karqara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.