Dörd «Q» - Qurban, «Qarabağ», Qriqorçuk və «Qəbələ»
Azərbaycan klublarının qələbə şanslar haqda
Nazim SABİROĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
«Şerif»in «çərt qoz» olduğu barədə ötən həftə yazdığım qeydlərin doğrulmasına məyus oldum. Stajlı futbol azarkeşləri bu cür təhlükələri başı ancaq quru statistik məlumatlardan şişmiş bəzi idman yazarlarından daha yaxşı analiz edə bilirlər.
SSRİ çempionatında Moldovanın əsasən aşağı divizionlarda oynayan «Nistru»(indiki adı «Zimbru») klubu vardı, zəif və quru bir futbol oynayardılar. Arada yüksək liqaya da vəsiqə qazanırdılar (deyəsən, 1983-cü ildə). Amma «zəllə»likləri də vardı, bir də görürdün bir yaxşı klubdan xal oğurladılar, bir «durnoy» top vurub hətta qələbə qazandılar. «Şerif» «Nistru» deyil, amma «zəllə» klubdur və təəssüf ki, qarşımıza çıxdılar və Bakıdan çox mühüm bir xal apardılar.
***
«Qarabağ»la oyunda stadiona gedən minlərlə azarkeşə təşəkkür düşür, klubu necə lazımdır dəstəklədilər. Sanki «Qarabağ» super bir klubla oynayırmış kimi stadiona axın etdilər ki, burda bizim yazılardakı «ay-haray»ın da rolu yəqin ki, var.
«Qarabağ» pis oynamadı. «Qarabağ»ın, ümumiyyətlə, heç vaxt təslim olmaması bu klubda ən qiymətləndirdiyim keyfiyyətdir. Oyun zəif alına bilər, oyunçular yorula bilərlər, bir-birlərinə qəzəblənə bilərlər, amma təslim olmaq söhbəti yoxdur. «Qarabağ» «Şerif»lə oyunda bizim arzuladığımız kimi oynaya bilmədi, daha dəqiqi, rəqib imkan vermədi. Yazmışdıq ki, klub italiyalının oyun sxemi ilə işlədiyi üçün müdafiə futbolu oynayacaq. «Şerif» isə ikinci hissədə lap «qala qurdu». Bu, İtaliya futbol məktəbinin ən güclü tərəfidir və «Şerif» müdafiədə (xüsusilə cinahlarda) bu gücünün sayəsində xal qazandı. Bu cür müdafiəni yarmaq «Qarabağ»a çətin oldu: çünki klubun üzərində həm də azarkeşin psixoloji basqısı vardı, tez-tez səhvlər olurdu, top qapı istiqamətinə necə gəldi vurulurdu ki, təki qol olsun. Qol da ola bilərdi, həm birinci hissənin ilk dəqiqələrində, həm ikinci hissənin sonlarına yaxın 2-3 təhlükəli vəziyyət oldu ki, top qapıya getmədi.
***
«Qarabağ» - sanki xəbərimiz yoxdur, ya da görməzdikdən gəlirik - yenilənmiş klubdur. Qurban Qurbanovun sayəsində xüsusilə hücum xəttində yaranmış boşluqlar qismən görünmür, amma gedənlərin də, zədəli olan Kintanın da yeri görünür axı... Mən sosial şəbəkədə yoxam, amma Aqil Abbasın qol.az saytındakı yazısından belə anladım ki, kluba iradlar çoxdur. Bunları dərd eləmək lazım deyil, məncə, qərəz yoxsa, qoy tənqid bol olsun. «Qarabağ» sıradan bir klub deyil, bu Azərbaycanın həm fəxri, həm gözünü dikdiyi, həm ürəyini verdiyi klubdur.
«Qarabağ» həm də siyasətdir, bunu inkar etmək olmaz. Adam hərdən «gözüm çıxsın, filan işi niyə görmədim» də deyir. «Qarabağ»ın «Şerif»lə oyuna görə «gözünü çıxaranları» bu mənada başa düşmək olar. «Qarabağ» klubu bir toplumun inhisarında da deyil, ona görə tənqidlərin qabağına sanki tankın qarşısına çıxırmış kimi sinə verməyə gərək yox. Klub udacaq da, uduzacaq da, amma şöğərib Çempionlar Liqasına düşmək şansı da varsa, inciyən də çox olacaq, klub rəhbərliyini, oyunçuları tənqid edən də...
***
Amma rəqib də rəqibdir. Bəzi yerli mütəxəssislər deyib ki, «Şerif»də təriflənəsi oyun görməyiblər. Guya son Avropa çempionu Portuqaliya da Ronaldodan başqa təriflənəsi nəsə varmı? Amma komanda qrupda üç heç-heçə edib, növbəti mərhələ də penallaşma sayəsində finala gəldi. «Şerif» əlbəttə ki, «Qarabağ»ın indiyədək oynadığı bir çox rəqibdən çox zəif görünə bilər, amma nəticə əsasdır. «Şerif» «sürünə-sürə» ÇL qrup mərhələsinə düşə də bilər. Bunu «Qarabağ»ın oyunçuları, rəhbərlik də gördü. «Qarabağ»ın zəif yerlərini Qurban Qurbanovdan yaxşı kimsə görə bilməz. Eləcə də rəqibin. «Qarabağ»ın hücumlarında kəsər azalıb, bunun da səbəbləri məlumdur.
Müdafiədə kapitan Rəşad Sadıqovun olmaması özünü dərhal göstərir. Klub 34 yaşlı müdafiəçiyə əvəz tapmaqda da bir az gecikir. Yaş öz işini görür, üstəlik də gözlənilməyən zədələri hər zaman gözə almaq lazım. Amma inanaq ki, Tiraspolda bizi nə qədər çətin oyun gözləsə də, növbəti mərhələyə çıxan biz olacağıq. Avqustun 2-nə neçə gün qaldı ki...
«Qəbələ» qələbəyə çox yaxındır
Avropa Liqasının üçüncü təsnifat mərhələsində Afinada «Panatinaikos»la qarşılaşan «Qəbələ»nin 1:0-lıq məğlubiyyətə baxmayaraq, mərhələ adlamaq üçün yaxşı şansı var. «Qəbələ» də əzmkar klubdur, Qurbanın əli topa dəyməsəydi bu oyunun heç-heçə bitməsi ən ədalətli nəticə olaradı. Düzdür, bir-iki epizodda bəxtimiz də gətirdi. Amma bu hesablı qalibiyyət yunanları çətin ki, rahatlatsın. «Qəbələ»nin xətlər arasında əlaqə qurmaqda problemləri var, yeni oyunçuların komanda yoldaşları ilə «dil tapması» üçün zaman lazım olacaq, hətta illərdi bu klubda oynayanlar belə bəzi ötürmələrdə elə səhvlər yol verdilər ki, baş məşqçisi Roman Qriqorçuk məəttəl qaldı. Bu səbəbdən də matçdan sonrakı mətbuat konfransında baş məşqçi «oyun tərzi baxımından komandam tanınmaz idi» deyib. Qriqorçuk komandasından narazı qalmaqda haqlı ola bilər, amma biz rəqibin «Panatinaikos» olduğunu unutmayaq. Məğlubiyyətə baxmayaraq, Qriqorçuk vurğulayıb ki, komandası Bakıda lazımi nəticəni qazana bilər: «Cavab oyununda vəziyyəti dəyişə bilərik. Buna inanıram. Daha düzgün oynamağa gücümüz çatır. Mərhələ adlamaq şansımız var və bu, az deyil. Cavab matçında növbəti mərhələyə vəsiqənin taleyini xeyrimizə həll edə bilərik. Bakıda tam fərqli oyun göstərəcəyik».
İnşallah, böyük ümidlər var ki, Avropada təmsilçimiz olan iki «Q» - Qurban və Qriqorçukun ağıllı məsləhətləri sayəsində növbəti iki «Q» - «Qarabağ» və «Qəbələ» növbəti həftə bizi sevindirəcəklər...