vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
12:13 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 1110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Belə olacağını gözləyirdik»

Qurban Qurbanov: «Tamam başqa bir atmosfer var idi»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik». Apasport.az saytının məlumatına görə, bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə «Şerif»lə qarşılaşan ağdamlılar 2:1 hesablı qələbəyə seviniblər.

Moldovadakı oyundan sonra qısa açıqlama verən Qurbanov layiqli qələbə qazandıqlarını vurğulayıb: «Həm oyunçular, həm məşqçi heyəti olaraq bu nəticəni çox arzulayırdıq. Şəxsən mənə burda oyuna çıxmaq çox xoş oldu. Tamam başqa bir atmosfer var idi. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandıq. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Rəqib azarkeşlərə də minnətdaram. Səliqəli, sakit oyun izlədilər. Sizin komandanıza da gələcək oyunlarda uğurlar arzulayıram. Avroliqada sizə də azarkeşlik edəcəm. Karyeramda ilk dəfə pley-off mərhələsinə yüksəlirəm, buna görə də şübhəsiz ki, çox sevincliyəm. Növbəti oyunlara hazırlşacağıq".


- Bugünkü oyunda sizin üçün ən çətin nə oldu?

- «Şerif»lə oynamaq özü çox çətin idi. Rəqib Bakıdakından bir az fərqli oynadı. Burda daha çox hücum etdi. Oyunun əvvəlində bir neçə şans əldə etdilər. Düşünürəm ki, burda daha yaxşı oynadılar. Biz ciddi müdafiə olunmaq istəyirdik. Rəqib də həm ilk, həm də ikinci hissənin əvvəlində təzyiq yarada bildi.