vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
PROBLEM  
10:17 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2694 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gün eynəklərinin diqqətdən qaçırdığımız təhlükəsi

Optik şüşələri tam orqanik olmur, plastik materiallardan hazırlanır, işıq keçiriciliyi fərqli olur

Yay aylarında gün eynəkləri insanların ən çox istifadə etdiyi aksesuarlardan birinə çevrilir. Bu mövsümdə küçələrdə Çindən gətirilən ucuz gün eynəkləri ilə bağlı satış lövhələri peyda olur və insanlar bu eynəklərdən almağa böyük həvəs göstərirlər. Ancaq əksəriyyət keyfiyyətsiz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil.

Oftalmoloq-cərrah Azər Kərimov imkan daxilində belə ucuz eynəklərdən istifadə etməməyi tövsiyə edir.

A.Kərimov «Trend»ə bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdəkindən fərqlidir: «Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Həmin eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur. Bunlar olmadığına görə də həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur».

Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir: «Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Bu eynəklərlə bəzi adamlar deyə bilər ki, hansısa obyekti iki görürəm, bəzi adamlar da deyə bilər ki, ürəyim sıxılır və s. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur».

Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə ucuz gün eynəklərindən daha çox zərər vurur.