«Tarixi şansı əldən vermək istəmirik»
Maksim Medvedev: «Rəqibi 3 gün idi analiz edirdik»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində doğma meydanda Danimarka «Kopenhagen»i ilə qarşılaşan «Qarabağ» ilk oyundan 1:0 hesablı qələbə ilə ayrıldı. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun kapitanı Maksim Medvedev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqda nə deyə bilərsiz?
- Çox ağır oyun oldu. Rəqibin heyətində yüksək səviyyəli futbolçular yer alıb. Çalışdıq, yaxşı mübarizə aparaq. Rəqibi 3 gün idi analiz edir, keçirdikləri oyunların videoyazılarına baxırdıq. Bu, tarixi bir şansdı, əldən qaçırmaq istəmirik. Tək biz yox, bütün ölkə meydanda idi. Çempionlar Liqasının himni ilk dəfə stadionumuzda səslənən zaman azarkeşlərin çıxardığı səs tüklərimizi biz-biz etdi. Onlara təşəkkür edirik. Cavab oyununda da Avropadakı azarkeşlərimizin bizə dəstək olacağına inanırıq.
- İkinci hissədə ikinci qolu gözləyirdik. İmkanlar da oldu. Amma kənardan baxanda elə təəssürat var idi ki, sanki sizə bu hesab sərf etdiyindən ehtiyatlı oynayırsız...
- Oyundan əvvəl sual versəydiniz, heç-heçəyə də razı ola biləcəyimizi deyərdik. Amma bu gün 1:0 hesabı ilə qələbə qazandıq. Çalışırdıq ev oyununda qol buraxmayaq. Düzdü, fərqi artıra bilərdik, amma qapıçıları 3 epizodda yaxşı oynadı.
- Birinci hissədə rəqibin heyətində yer alan Benqtssonla mübahisəniz oldu. Bu cür hal sonra da davam etdi. Oyunun gedişində sanki sizi təxribata çəkirdilər...
- Onlar təcrübəli futbolçulardı. Bilirlər ki, emosinonal futbolçularımız var, təxribata gedə bilərik. Lakin matçdan əvvəl baş məşqçimiz bunu bizə demişdi.
- Yəni rəqibin bu «silahın»dan xəbərdar idiz?
- Əlbəttə, bilirdik. Skandinaviya ölkələrri hər zaman belə olub. Çalışırdıq vərəqə almayaq. O da tuturdu, mən də tuturdum, beləcə oyunu başa çatdırdıq.
- Danimarkada bu azarkeşlər olmayacaq. Rəqib azarkeşlərin yaradacağı atmosfer oyununuza necə təsir edəcək?
- Öz gücümüzlə, əziyyətimizlə bu yerlərə gəlmişik. Bütün respublikamız bilir ki, səfərə «vuruşmağa» gedirik. İnanıram ki, Avropadakı azarkeşlərimiz bizi yalqız qoymayacaqlar. Onlar hətta sosial şəbəkələrdə bizə müraciət edirlər ki, bilet verin, stadiona gələk. Avropada türklər, Azərbaycanlılar çoxdu. Onları cavab oyununda gözləyirik.
- Qrup mərhələsi sevincini Bakıda qeyd etmək daha maraqlı olardı...
- Bu, hər birimizin arzusudu ki, qrup mərhələsində oynayaq. Amma mərhələ 2 oyundan ibarətdi. Bizi daha çətin oyun gözləyir. Çempionlar Liqası himnini səsləndirdik. Bunun davamı gəlsə, yaxşı olar.