vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:16 | 17 avqust 2017 | Cümə axşamı Məqaləyə 2349 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamı sevinc içindədir»

Şehiç: «Əsas odur ki, hər kəs oyunlara köklənmiş halda gəlsin»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Biz «Kopenhagen»ə qarşı evdə çox yaxşı oynadıq. Bilirdik ki, yalnız hücumlarla və müdafiədə etibarlı oyunla rəqibə çətin anlar yaşada bilərik. Bunun da öhdəsindən gəlməyi bacardıq». Bunu «Qarabağ» futbol komandasının qapıçısı İbrahim Şehiç Danimarka «Kopenhagen»ini Bakıda 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının ilk pley-off matçı barədə «Klix» nəşrinə danışarkən deyib.

Bosniya və herseqovinalı qolkiper bildirib ki, artıq avqustun 23-də keçiriləcək cavab oyunu barədə geniş təsəvvürləri var: «Artıq «Kopenhagen» üzərində ciddi üstünlüyə malikik. Amma rəqib evində əla çıxış edir. Danimarka paytaxtında məsuliyyətli matça çıxacağıq. Bizi yaxşı ab-hava, stadion və yerli komandaya böyük dəstək olacaq azarkeşlər gözləyir».

29 yaşlı oyunçunun fikrincə, Azərbaycanda klublar arasında böyük rəqabət olmadığından, hamı «Qarabağ»dan və onun özündən yazır: «Komandamız hələ də avrokuboklarda mübarizəni davam etdirdiyindən, ölkənin bütün əhalisi sevinc içindədir. Çempionlar Liqasında «pley-off»a yüksəlməklə «Qarabağ» tarixi uğura imza atıb. Buna görə də Bakıda gözəl ab-hava var. Mən isə sadəcə, irəli baxıram və komandamın uğuru üçün çalışıram».

Təcrübəli qapıçı avqustun 20-də Bakı «İnter»i ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçında da qələbə qazanacaqlarına ümid etdiyini vurğulayıb. O, çempionat və avrokubok oyunlarında futbolçuların yorulmamaları üçün heyətin tez-tez dəyişdiyini və belə bir halın növbəti görüşdə də baş verəcəyini söyləyib.

Bu arada Şehiç avqustun 31-də Kipr, sentyabrın 3-də isə Cəbəllütariq yığmaları ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında üz-üzə gələcək Bosniya və Herseqovina milli komandasına dəvət alıb. O, millinin şanslarını dəyərləndirərkən, kobud səhv buraxmağa haqlarının olmadığını bildirib: «Bu iki oyun mübarizəni davam etdirməyimiz baxımından vacibdir. Əsas odur ki, hamı hazırlıqlı və oyunlara köklənmiş halda gəlsin. O zaman nəticə də olacaq».

Vaxtilə İbrahim Şehiçin özünün, hazırda isə qardaşları Alin və Benjamin Şehiçin çıxış etdiyi «Jelezniçar» klubu avqustun 19-da «Sarayevo»ya qarşı Bosniya və Herseqovina derbisində üz-üzə gələcək. Qapıçı sabiq klubunun bütün oyunlarını izlədiyini söyləyib: «Bacım hər bir oyundan əvvəl zəng edərək, «Qrbavitse» mahnısını oxuyur. Mən də həmişə onlarla birgəyəm».

Qeyd edək ki, İbrahim Şehiç «Qarabağ»da 2013-cü ilin oktyabrından çıxış edir. O, 2006 - 2011-ci illərdə «Jelezniçar» forma geyinib. Daha sonra Şehiç Türkiyənin «Mersin İdman Yurdu» komandasında 2 ilədək oynayıb. (Report)