«Qarabağ» Azərbaycanı qabağa saldı
Azərbaycanın 21-ci yerə qalxması üçün şansı var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin son oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Ölkəmiz bu siyahıda yenidən bir pillə irəliləyib.
Ötən gün Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi - «Qarabağ» növbəti oyununu keçirdi. Səfərdə Danimarka «Kopenhagen»i ilə qarşılaşan əyalət klubu 1:2 hesabıyla uduzdu. Lakin doğma meydanda 1:0 hesabıyla qalib gələn Qurban Qurbanovun çalışdırdığı kollektiv səfər qolu sayəsində tarix yazaraq ÇL-in qrup mərhələsinə vəsiqə qazandı. ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq isə hər klubun ölkəsinə əlavə 1,000 reytinq (təsnifat mərhələsindəki 4 qələbəyə bərabər xal) xalı qazandırır. Ağdam klubunun bu uğuru da Azərbaycanın reytinqinə əlavə 1.000 xal yazdırıb.
Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 18.625 reytinq xalı var. Onun 3.875 xalı (2.125 «Qarabağ», 0.750 «İnter», 0.625 «Zirə», 0.375 «Qəbələ»nin payına düşür) cari mövsümdə qazanılıb. Bizdən öndə qərarlaşan Rumıniyanın 18.650 reytinq xalı var. Amma Rumıniyanın sonuncu komandası seçmə mərhələdə uduzduğundan qruplara düşə bilmədi. Əgər Azərbaycan azı bir heç-heçə etsə xalları bu ölkə ilə bərabərləşəcək və 21-ci pilləyə yüksələcək. Azərbaycanı 17.625 xala malik Şotlandiya izləyir. Bu ölkənin isə bizim kimi, cəmi 1 təmsilçisi yoluna davam edir.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır, heç-heçə isə 0.125 xal verirdi. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndiriləcək.
Qeyd edək ki, Ermənistanın bu sıralamada 4,875 xalı var və sondan 46-cı yerdə qərarlaşıb. UEFA-nın sıralamasında sonuncu 55-ci yeri 0 xalla Kosovo tutur.