vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
16:04 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhsil Nazirliyi hesabat verdi

«Yanvarda qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı artırılacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Təhsil Nazirliyi son illər həyata keçirilən işlərin hesabatını açıqlayıb. Hesabatda göstərilir ki, bu ilin yanvarında 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Gələn ilin yanvarında diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin də əməkhaqqı artırılacaq.

Nazirlikdən VAXT.AZ saytına verilən məlumata görə, Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb. Şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.

Hesabatda qeyd olunub ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. Bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 50.6 faiz təşkil edib. Bu da ötən illə müqayisədə 6.7 faiz artıqdır. Qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.