vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
11:55 | 7 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 3002 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bizimkilər qırılıb ki?

Qonşunu milliləşdirməklə milli olmur

Aqil ABBAS

MÖVZU İLƏ ƏLAQƏLİ

Futboldu , bir tərəf mütləq uduzur. Amma iki cür uduzmaq var, biri var sonadək mübarizə aparıb uduzursan, yəni son damla qanadək vuruşursan, biri də var oynaya bilməyib uduzursan. Yəni meydançaya niyə çıxdığının fərqində deyilsən.

U-21 milli komandamız İrlandiyaya 1:3 hesabı ilə uduzdu. Və çox biabırçı bir oyunuydu. Bunu ataq bir tərəfə, məni başqa şey maraqlandırır.

Mən «Tarixi-futbol»u yarıdan çox oxumuşam. Futbol haqqında az-çox təsəvvürüm var. U-17-lər və U-21-lər nə üçündü? Təbii ki, həm klublarımıza, həm də milli komandamıza təcrübəli oyunçular yetişdirmək üçün. Yəni gənclər bu oyunlara çıxmaqla beynəlxalq təcrübə qazanırlar. Sonra da o təcrübəni gəlib öz klublarında və daha sonra da təbii ki, milli komandada tətbiq edirlər. Yəni dünyaya açılırlar. Biri var «Neftçi» ilə, «Səbail»lə oynayasan, biri də var ki almanlarla, çexlərlə, irlandlarla və sair və ilaxır. Və bu komandalarda da əslində öz yetişdirmələrimiz oynamalı və təcrübə qazanmalıdır.

Amma təəssüf ki, irlandlarla oyunda 4 yabançı futbolçu vardı. Niyə, qardaş? Bəs, hanı sənin Futbol Akademiyalarının yetişdirdiyi gənclər?

Klub komandalarında yabançı futbolçunun olması təbiidir və bu bütün dünyada belədi. Amma day milli komandada, belə olmaz axı. Hanı sənin öz yetirmələrin? Qonşunu milliləşdirməklə milli olmur.

Yazılarımın birində qeyd eləmişdim. Lobanovski Ukraynanın az qala kəndlərinə düşüb istedadlı uşaqları yığırdı. Sizlər ərinirsiniz?

Seyran Səxavətin Qədir Rüstəmovdan aldığı məşhur bir müsahibə var. Seyran Qədirdən soruşur ki, uşaqlarına arvad tərəfdən ad qoymusan? Qədir deyir:

- Bizimkilər qırılıb ki?

İndi bizimkilər Allah eləməmiş, qırılıb ki, qonum-qonşu ölkələri yığıb tökürük bura? Atalar deyib ki, qonşuya ümid olan futbolsuz qalar.