vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
20:04 | 11 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Orxan Hüseynzadə, siz də gedin!

Çünki «Neftçi»nin sabahını da məhv etmisiz...

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarixi belə yazmırlar, Orxan Hüseynzadə! 80 yaşı olan klubu belə rəzil duruma salmırlar.

«Neftçi» 8 onillik ərzində belə biabırçı start görməmişdi. 4 tur ərzində komandanın heç bir oyunçusu qol vurmayıb, yalnız rəqib avtoqolu ilə və evdə mövsümün ən zəif komandası ilə matçda əldə edilən bir xalla təsəlli tapırsız. Hamının əcəli olan komanda indi özü canınıtapşırmaq üşün Əzrayılın yolunu gözləyir.

İş o həddədi ki, dünən yenildiyiniz «Sumqayıt»ın baş məşqçisi Samir Abasov böyük hesabla qalib gəlməmələrinə görə məyusdu. Budur prezidenti olduğunuz klubun durumu…

Müvəqqəti baş məşqçiniz Elşad Əhmədov vəziyyətin düzəlməsi üçün çox zamana ehtiyac duyulduğunu deyir. Haqsız da deyil. Bu heyəti başdan-ayağa dəyişmək lazımdı. Təkcə heyəti yox, məhv etdiyiniz özünəinam hissini, motivasiyanı, ab-havanı, bütün idarəetmə sistemini…

Bir ildi, yazırıq, deyirik, heç olmasa, indi - yazdıqlarımızın həqiqətə çevrildiyi vaxtda papağınızı qabağınıza qoyub fikirləşirsizmi? Klubu belə idarə etməzlər; «Neftçi»ni Elxan Abdullayev səviyyəli məşqçyə həvalə etməzlər; Kamil Məmmədovun özü qazanması naminə gətirdiyi sıradan oyunçularla heyət qurmazlar – bax, bunların hamısını 1 ildi yazırıq, siz isə bizi qərəzdə suçlayırsız. Biz səhv deyirdiksə, bəs, düşdüyünüz bu durumun adı nədir?

Elşad Əhmədov 4 legioneri ehtiyatda saxlayır, Elxan Abdullayevin birbaşa özünün tapıb gətirdiyi, transferindən qazandığı Mateo Mujekə, ümumiyyətlə, güvənmir. Abdullayev isə onlara güvənə-güvənə məğlubiyyətləri sıralayırdı. Onların transferinə razılıq verən siz olmusuzsa, indi günahkarı kənardamı axtaraq? Görürsüzmü, Kamil Məmmədov sizin bacarıqsızlığınızdan, futbolu bilməməyinizdən necə faydalanıb? Heç özünüzü aldadılmış, alçaldılmış hiss etmirsizmi?

Elxan getdi, Elşad gedir və bu gün yeni baş məşqçi, hardan peyda olmasından xəbəriniz olmayan Tərlan Əhmədov gəlir. Məşqçilər dəyişir, futbolçular dəyişir, klub işçiləri dəyişir, hətta Müşahidə Şurası da ləğv olunur, nəticələr isə həminkidi, hətta daha da pisləşir. Düşünmürsüz ki, ən yarıtmaz işçi, iylənmiş balığın başı elə sizsiniz? Bəlkə qovulmamış özünüz çıxıb gedəsiz? Uzağı qışda onsuz da sizi yola salacaqlar, daha hörmətsiz vəziyyətə düşməkdənsə, istefa verməyiniz daha məntiqli deyilmi?

Sosial şəbəkələrə, azarkeş səhifələrinə baxın: azarkeşlər sizi söyür, bazanın qarşısında etiraz üçün toplaşmağın planlarını cızır. Hamı əsas səbəbi görür, təkcə siz görmürsüz – güzgüyə baxın da…

Siz «Neftçi»nin sabahını da məhv etmisiz, yersiz götürülən kreditlə klubun daha 4 il sürünəcəyini reallaşdırmısız. Gedin, SOCAR-da, təsisçilər önündə bunun da hesabatını verin və ərizənizi yazın. Klubda sizi vitse-prezident, sizinlə ayrı-ayrı klanların üzvü olan Elnur Eyvazovla vətəndaş müharibəsindən başqa bir şey gözləmir. İmkan varsa, onu da yanınıza alıb, gedin. Karyeranızda bircə dəfə «Neftçi»  üçün yaxşı iş görmüş olarsız…