Altın kimi «Qarabağ»
Ağdamlıların Çempionlar Liqasındakı ilk oyununda 6 qol vuruldu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
Bu dəqiqələrdə Londonda «Çelsi» - «Qarabağ» oyunu 6-0 hesabı ilə başa çatıb. Oyunun son dəqiqələrində «Qarabağ» komandası hücum edib, ancaq bu uğursuz alınıb.
***
00:26
«Çelsi» - «Qarabağ» oyununun 81-ci dəqiqəsində Ağdam komandasının qapısına daha bir və sayca 6-cı qol vurulub.
Bu, «Qarabağ»ın müdafiədə buraxdığı növbəti səhv nəticəsində mümkün olub.
***
00:19
«Qarabağ» komandası Londonda «Çelsi»yə böyük hesabla uduzur.
Oyunun 76-cı dəqiqəsində «Çelsi»nin oyunçusu Bakkouyoko «Qarabağ»ın qapısına beşinci qolu vurub. «Qarabağ» hazırda meydançada sönük oyun nümayiş etdirir və komandanın müqaviməti sınıb.
***
00:14
«Qarabağ» komandası «Çelsi» ilə oyunun 72-ci dəqiqəsində daha bir qol buraxıb. Komandamızın müdafiədə buraxdığı kobud səhvdən istifadə edən «Çelsi»nin oyunçusu Bakkoyoko topu qapıya yönəldib, hesab 4-0 olub.
***
00:11
Oyunun 67-ci dəqiqəsində «Qarabağ» daha bir qol buraxmaq təhlükəsi ilə üzləşib. «Çelsi»nin oyunçusu Villyamın endirdiyi güclü zərbə qapı tirinə dəyib.
***
23:57
Bu dəqiqələrdə «Çelsi» - «Qarabağ» oyununda daha bir qol vurulub. Oyunun 54-cü dəqiqəsində «Çelsi» hesabı 3-0 edib.
Fabreqasın sağ cinahdan ötürdüyü topu «Çelsi»nin oyunçusu Aspilikueta «Qarabağ»ın qapısına vurub.
***
23:49
Londonun «Stemford Bric» stadionunda «Çelsi» - «Qarabağ» oyunu güclü yağış şəraitində keçirilir.
Britaniya idman KİV-lərinin şərhçiləri «Qarabağ» komandasına «bütün hörmətlə yanaşı» birinci qolun oyunun 5-ci dəqiqəsində vurulduğunu qeyd edirlər. Lakin şərhçilər bildirirlər ki, «Qarabağ»ın oyunçuları da öz qapılarının ağzında «oturmayıb», onlar «Çelsi»yə müavimət göstəriblər, hətta bir neçə dəfə əks-hücuma cəhd ediblər. Bununla belə 30-cu dəqiqədə «Çelsi»nin yeni transferi, yunan Zappakosta cərimə meydançasından aralıdan «Qarabağ»ın qapısına dəqiq zərbə endirib.
Bu dəqiqələrdə oyunun ikinci hissəsi başlayıb.
***
23:33
«Çelsi» - «Qarabağ» oyununda birinci hissə ev sahiblərinin xeyrinə 2-0 başa çatıb. Komandalar fasiləyə yollanıblar.
***
23:20
Londonda Çempionlar Liqasının qrup oyunları çərçivəsində «Çelsi» klubu ilə Azərbaycanın «Qarabağ» klubu arasındakı oyunun birinci yarısı gedir.
Hazırda hesab 2-0 meydan sahiblərinin xeyrinədir. Birinci qolu «Çelsi»nin hücumçusu Pedro Rodrigez oyunun 5-ci vurub. Oyunun 30-cu dəqiqəsində «Qarabağ»ın oyunçularının buraxdıqları səhv nəticəsində «Çelsi» hesabı artırıb.
«Qarabağ»ın qapısına vurulan ikinci qolun müəllifi Davide Zappacostadır.
***
22:40
Az sonra Azərbaycanın «Qarabağ» futbol klubu Çempionlar Liqasının qrup oyunları çərçivəsində Londonda «Çelsi» klubu ilə ilk oyununu keçirəcək.
Virtualaz.org qeyd edir ki, oyun hələ balamasa da «Qarabağ»ı artıq qalib saymaq olar, bu komanda hələ meydana çıxmadan təmsil etdiyi Ağdam şəhərini işğal altında saxlayan erməni işğalçılarına qarşı güclü təbliğat zərbəsi endirib. Çoxsaylı Britaniya KİV-ləri, o cümlədən digər nüfuzlu qərb KİV-ləri «Qarabağ» klubunu təqdim edərək bu komandanın təmsil etdiyi şəhərin hazıra Ermənistanın işğalı altında olduğunu, xarabalıqlara çevrildiyini qeyd edirlər.
«Onların doğma şəhəri büsbütün xarabalığa çevrilib, 1990-cı illərin əvvəllərində gedən qəddar müharibənin nəticəsində Ermənistan qüvvələri tərəfindən işğal olunub və bombalanıb, darmadağın edilib. Doğma stadionları «İmarat» hazırda çınqıllıqdan ibarətdir»-«The Daily Telegrah», «The Mirror» və digər Britaniya KİV-lərinin «Çelsi»-«Qarabağ» oyunu ərəfəsində verdikləri təqdimatda deyilir.
Britaniya KİV-ləri qeyd edir ki, Ermənistanın işğalı nəticsində «Qarabağ» ev oyunlarını doğma «Ağdam»dan 440 kilometr məsafədə-Bakıda keçirməyə məcburdur. «Klub Azərbaycan üçün əla qürur mənbəyidir, ölkənin milli komandasının oyunçuları «Qarabağ»ın oyunçularıdır», - KİV-lər bildirir.
«Qarabağ» klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nurlan İbrahimov «Daily Telegraph»a bildirib ki, bu klub bütün azərbaycan xalqının qürur mənbəyidir. «Bizim torpaqlarımız işğal oluub və «Qarabağ»ın uğurları sayəsində biz bu faktı beyəlxalq ictimayyətə çatdıra bilirik»-klub rəsmisi deyib.
«Çelsi» komandasının meneceri, italiyalı məşhur məşqçi Antonio Konti isə bildirib ki, «Qarabağ» yaxşı komandadır. «Mən bu komandanın oyunçularının çoxunu yaxşı tanıyıram, çünki İtaliya yığmasının məşqçisi olanda Azərbaycana qarşı seçmə oyunlarda oynamışam, klubun oyunçularının çoxu yığmada oynayır», - Konte deyib.
Şübhəsiz ki, Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmaq haqqı qazanan ilk Azərbaycan klubu kimi «Qarabağ»ı dünyanın ən güclü klublarından biri olan «Çelsi» ilə asan oyun gözləmir. Lakin bu oyunun nəticəsindən asılı olmayaraq komandanı qalib saymaq olar, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Ağdam şəhərini necə vəhşicəsinə dağıtması barədə faktları dünya ictimaiyyətinə bu cür effektiv şəkildə çatdırmağa imkan yaratmasına görə...