vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
15:53 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 922 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan 5 rayonu qaytarmalıdır»

Aleksandr Duqin: «Bizə irəli getmək lazımdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Lakin bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir».

Virtualaz.org xəbər verir ki, bu sözləri Moskvada keçirilən və Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan konfrans zamanı rusiyalı ideoloq Aleksandr Duqin deyib.

Politoloq qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. «Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır», - Duqin vurğulayıb.

A.Duqin əmindir ki, Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir. Və regionda qüvvələr balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın  dostu və tərəfdaşıdır, ancaq bununla belə Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələr arasında o cümlədən hərbi sahədə yaxınlaşma baş verir. «Lakin bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu, belə qəbul edilə bilməz. Yaxud əksinə. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır», - Duqin deyib.