vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:44 | 23 avqust 2022 | Çərşənbə axşamı Məqaləyə 3463 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml təşviş içində

Putin ailəsinin və yaxınlarının mühafizəsini gücləndirib

Dadaş ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Aleksandr Duqinin qızı Darianın qətli ən müxtəlif analitik və şərhçilər tərəfindən ən müxtəlif versiyalarla şərh edilməkdədir. Teraktın Ukrayna diversantlarının əl işi olması versiyasından tutmuş, qətlin Aleksandr Duqinin özünün sifarişi olması versiyası kimi ən ağlagəlməz şərhlər medianı zəbt edib. Hətta, özlərini Rusiya Milli Ordusu adlandıran hansısa qruplaşma üzvləri keçmiş deputat İlya Ponamarevin vasitəsilə bəyanat yayaraq, öz üzərinə götürüb və bu kimi qətllərin davam ediləcəyi ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.

Maraqlıdır ki, hadisə Rusiya prezidenti Vladimir Putinə Qərb xüsusi xidmət orqanları tərəfindən “Aleksey Navalnı və Skripalların uğursuz zəhərlənməsinin qisasını almaq üçün” xüsusi əməliyyat kimi təqdim edilib. Prezidentə təqdim olunan hesabatda Skripallar ayrıca mövzudur və orada deyilir ki, “Britaniya kəşfiyyat orqanları hələ də Solsberidə Skripallara qarşı sui-qəsd cəhdini əks etdirir. Putin üçün hesabatda xüsusi vurğu atası ilə birlikdə sui-qəsdin qurbanı olmuş Sergey Skripalın qızı Yuliyaya yönəldilir, Duqinlərlə bənzətmə apararaq, deyirlər ki, bu, Anqlosaksların Skripala görə qisasıdır. Təbii ki, prezidentə məruzə müəlliflərinin fikrincə, ukraynalı icraçılar yalnız Qərb “kuklaoynadanlarının” əlində oyuncaq imiş.

Putinin reaksiyasının hesablanması qismən düzgün olub, prezident ayrı-ayrılıqda yaşayan qızlarının və nəvələrinin, birgə yaşadığı Alina Kabayevanın yaxın qohumlarının müdafiəsini gücləndirməyi tapşırıb. Putinin Kabayevadan olan övladları onsuz da gecə-gündüz gücləndirilmiş mühafizə altındadırlar və burada heç bir əlavə tədbir tələb olunmur. Prezident Aleksandr Duqinə də səmimi rəğbət bəsləyir, AMMA o, Ukraynada münaqişənin gərginləşməsi ilə bağlı heç bir qərar qəbul etməyib və hətta bu məsələni müzakirəyə çıxarmayıb.

Yuxarıda qeyd edildiyi kimi, Duqin öz qızını qurban verməklə Putinin empatiyasının cəbhədəki vəziyyətə baxışında dəyişikliyə səbəb olacağını və prezidenti taleyüklü qərarlar qəbul etməyə sövq edəcəyini güman edirmiş. "Qurbanın müqəddəsliyi" Duqin tərəfindən lazım olandan artıq qiymətləndirilmiş, güc bloku rəhbərliyinin Duqinanın qətlini prezidentin xarici düşmənə mənfi münasibətinə səbəb olacaq şəkildə təqdim etmək üçün bütün səylərinə baxmayaraq, bu cəhd müvəffəqiyyətlə nəticələnməyib. Əksinə, Putinin qızlarının, nəvələrinin və Kabayevanın qohumlarının təhlükəsizliyini gücləndirmək əmrindən xəbər tutan prezidentin Kreml elitası da öz yaxınlarının və qohumlarının təhlükəsizliyini gücləndirərək panikaya düşməyə başlayıb.

Elitanın öz yaxınlarının təhlükəsizliyi üçün artan narahatlığı onların sabitliyin və status-kvonun, o cümlədən, həm rejim aktyorlarının, həm də onların ailələrinin təhlükəsizliyi ilə bağlı hər şeyin təminatçısı olan Putinə olan inamını sarsıdır. Kreml elitaları arasında sabitliyi nəinki elitanın təhlükəsizliyinin əsaslı təminatından ağızdolusu danışan, hətta yaxınlarının təhlükəsizliyinə əmin olmayan prezidentin özü sual altına alır. Belə çıxa bilər ki, daha bir-iki belə “improvizasiya” rejimin qaçılmaz süqutunu sürətləndirəcək.